Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 112

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (57)
"Həqiqətən mömin gözəl əxlaqla, oruc tutan və gecələri namaz qılan kəsin dərəcəsinə çatır".
Şahidlərlə səhih olan Əbu Davud, Əhməd rəvayət ediblər.
«Minik üzərində olan piyada gəzənə, piyada gəzən oturan kəsə, az olanlar isə çoxluğa salam verir».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Dul qadına və kasıba əl tutan şəxs, Allah yolunda cihad edən və ya gecələri yorulmadan namaz qılıb, gündüzləri oruc tutan şəxs kimidir”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bilirsinizmi qeybət nədir?". Sahabələr: "Allah və Rəsulu ən doğrusunu bilir!" - dedilər. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "(Din) qardaşını onun xoşuna gəlmədiyi bir vəsflə xatırlamaqdır". Soruşdular: "Bəs əgər qardaşımda söylədiyim vəsf olarsa?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Dediyin vəsf o kəsdə olarsa, sən onun qeybətini etmiş olarsan, əgər bu olmazsa, ona böhtan atmış olarsan".
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən hər bir əməldə yumşaq davranmaq əməli bəzəyər, yoxluğu isə həmin əməli çirkin edər".
Səhih Muslim rəvayət etdi.
Mən Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) himayəsində olan bir uşaq idim. Yemək yeyərkən əlim yemək qabının hər yanına dolaşırdı. Bunu görən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə belə dedi: «Ey oğlan, Bismilləh de. Sağ əlinlə ye və sənə yaxın olan yerdən ye”. Bundan sonra mənim yemək yemə tərzim Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) mənə öyrədiyi kimi oldu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Kim yalan olduğunu zənn edilən bir hədisi mənim adımdan danışarsa, o, yalançılardan biridir”.
Səhih Hədisi Müslim öz müqəddiməsində rəvayət etmişdir.
"Allah hər bir şeylə gözəl davranmağı əmr etmişdir. Elə isə (haqlı olaraq) birisini öldürdükdə, onu gözəl tərzdə öldürün. Habelə, heyvan kəsdikdə, onu gözəl tərzdə kəsin. Sizdən biriniz bıçağını itiləsin və kəsəcəyi heyvanı rahatlasın".
Səhih Muslim rəvayət etdi.