Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə Məkkədən Mədinəyə qayıdarkən yolda su tapdıq və insanlar əsr namazı üçün tələsdi və tələsik formada dəstəmaz aldılar. Biz onların yanına gəldikdə, dabanlarına su dəymədiyi görünürdü. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Cəhənnəm odunda (yanan) dabanlara vay olsun, dəstəmazı tam alın".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Osman ibn Əffanın (Allah ondan razı olsun) köləlikdən azad etdiyi Humran rəvayət edir ki, Osman (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su istədi. (Su gəlincə) qabdan əllərinə su tökərək əllərini üç dəfə yudu. Sonra sağ əlini qaba salıb su aldı sonra o su ilə həm ağzını yaxaladı, həm də burnunun içinə su səkdi sonra da suyu burnundan ifraz etdi. Sonra üç dəfə üzünü və üç dəfə qollarını dir­sək­lə­rə qədər yudu. Sonra başına məsh çəkdi. Sonra hər bir ayağını üç dəfə yudu. Sonra da belə dedi: Mən, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim dəstəmaz aldığım kimi dəstəmaz aldı­ğını gördüm. O (dəstəmaz alıb qutardıqdan sonra) belə dedi: "Kim mənim bu aldığım dəstəmaz kimi dəstəmaz alar sonra qəlbin­dən heç bir şey keçirtmədən iki rükət namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Amr ibn Əbu Həsənin Abdullah ibn Zeyddən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmazı haqqında soruşduğunun şahidi oldum.O, bir qab su istədi və onlar üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı şəkildə dəstəmaz aldı. Belə ki o, əlinə qabdan su tökdü və əllərini üç dəfə yudu, sonra əlini qabın içinə saldı, ondan üç ovuc götürüb ağzını yaxaladı, burnuna su çəkdi və sonra suyu çölə çıxardı. Sonra əlini qaba salıb üzünü üç dəfə yudu, sonra iki dəfə əllərini dirsəklərə qədər yudu, sonra əlini qaba salaraq başın önündən arxaya və arxadan önə olmaqla, başına bir dəfə məsh çəkdi, sonra ayaqlarını topuğa qədər yudu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)