Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 15

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

Osman ibn Əffanın (Allah ondan razı olsun) köləlikdən azad etdiyi Humran rəvayət edir ki, Osman (Allah ondan razı olsun) dəstəmaz almaq üçün su istədi. (Su gəlincə) qabdan əllərinə su tökərək əllərini üç dəfə yudu. Sonra sağ əlini qaba salıb su aldı sonra o su ilə həm ağzını yaxaladı, həm də burnunun içinə su səkdi sonra da suyu burnundan ifraz etdi. Sonra üç dəfə üzünü və üç dəfə qollarını dir­sək­lə­rə qədər yudu. Sonra başına məsh çəkdi. Sonra hər bir ayağını üç dəfə yudu. Sonra da belə dedi: Mən, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) mənim dəstəmaz aldığım kimi dəstəmaz aldı­ğını gördüm. O (dəstəmaz alıb qutardıqdan sonra) belə dedi: "Kim mənim bu aldığım dəstəmaz kimi dəstəmaz alar sonra qəlbin­dən heç bir şey keçirtmədən iki rükət namaz qılarsa Allah onun keçmiş günahlarını bağışlayar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl və bir mudd ilə dəstəmaz alardı.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
" Kim gözəl surətdə dəstəmaz alarsa, günahları cəsədindən, hətta dırnaqlarının altından çıxar."
Səhih Muslim rəvayət etdi.
Bir kişi dəstəmaz aldı və ayağında dırnaq boyda yuyulmayan yer buraxdı. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bunu gördü və dedi: “Geri qayıt və dəstəmazı gözəl şəkildə al!”. O kişi qayıdıb yenidən dəstəmaz aldı, sonra namaz qıldı.
Şahidlərlə səhih olan Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) (dəstəmaz azalarını) iki dəfə yuyaraq dəstəmaz aldı.
Səhih Əl-Buxari rəvayət etdi.
Amr ibn Əbu Həsənin Abdullah ibn Zeyddən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmazı haqqında soruşduğunun şahidi oldum.O, bir qab su istədi və onlar üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı şəkildə dəstəmaz aldı. Belə ki o, əlinə qabdan su tökdü və əllərini üç dəfə yudu, sonra əlini qabın içinə saldı, ondan üç ovuc götürüb ağzını yaxaladı, burnuna su çəkdi və sonra suyu çölə çıxardı. Sonra əlini qaba salıb üzünü üç dəfə yudu, sonra iki dəfə əllərini dirsəklərə qədər yudu, sonra əlini qaba salaraq başın önündən arxaya və arxadan önə olmaqla, başına bir dəfə məsh çəkdi, sonra ayaqlarını topuğa qədər yudu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bir müsəlman gözəl şəkildə dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və bu iki rükətə qəlbi və üzü ilə yönələrsə, ona Cənnət vacib olar" Dedi: Mən də dedim: Bu necə də gözəldir! Elə bu vaxt qarşımda bir kəs dedi: “Bundan öncəki daha gözəl idi" Gördüm ki, Ömərdir və O, dedi: “Sənin bir az əvvəl gəldiyini gördüm. Sonra əlavə etdi: “Sizdən kim dəstəmaz alar və dəstəmazını kamil şəkildə yerinə yetirər, sonra: "Əşhədu əllə iləhə illallah və ənnə Muhəmmədən əbdullahi va rasuluhu" deyərsə, onun üçün Cənnətin səkkiz qapısı açılar və o, istədiyi qapıdan daxil olar”.
Səhih Muslim rəvayət etdi.