Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 104

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (52)
"Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-salə!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".
Səhih Muslim rəvayət etdi.
Abdurrahmən ibn Avfın zövcəsi olan Ummu Həbibə bint Cəhş qan haqqında Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) şikayət etdi (bu barədə soruşdu). Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə: “Heyz səni saxladığı müddətcə gözlə, sonra yuyun” dedi. O, isə hər namaz üçün qüsl alardı.
Səhih Muslim rəvayət etdi.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bir saa ilə beş mudd arası miqdarında su ilə qüsl və bir mudd ilə dəstəmaz alardı.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (o dəstəmaz alarkən) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) (ayağını yuması üçün onun ayağındakı) xuflarını çıxartmaq üçün əllərimi uzatdım, bu zaman belə dedi: "Onları çıxarma, çünki mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm". Sonra onlara məsh çəkdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
«Sizdən biri məscidə daxil olduqda, oturmazdan əvvəl iki rükət namaz qılsın».
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanların ən səxavətlisi idi və Cəbrail onunla Ramazanda görüşdüyü zaman ən səxavətli olduğu vaxtı idi və Ramazanın hər gecəsi onunla görüşər və qarşılıqlı bir-birinə Quran oxuyardılar və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) xeyirdə əsən küləkdən belə cömərd idi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)