Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 104

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (52)
Ummu Sələmə Allahın Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) Həbəşistanda gördüyü Məriya adlanan bir kilsə və onun içərisində gördüyü təsvirlər barədə bəhs etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə buyurdu: “Onlar elə bir tayfadır ki, içərilərindən əməlisaleh bir qul və ya əməlisaleh kişi öldüyü zaman onun qəbri üzərində məscid tikərlər və həmin təsvirləri orada çəkərlər. Onlar Allah dərgahında məxluqatın ən şərlisi və ən pisidir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əli ilə ağ-qara buynuzlu iki qoç qurban kəsdi və "Bismilləh, Allahu Əkbər!" dedi və ayağını onların boynuna qoydu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) gecə yuxudan duranda misvakla ağzını sürtərək təmizləyərdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bığlarınızı qısaldın, saqqallarınızı uzadın".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Dünya keçici bir ləzzətdir. Dünya ləzzətinin ən xeyirlisi saleh qadındır".
Səhih Muslim rəvayət etdi.
Amr ibn Əbu Həsənin Abdullah ibn Zeyddən Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) dəstəmazı haqqında soruşduğunun şahidi oldum.O, bir qab su istədi və onlar üçün Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) aldığı şəkildə dəstəmaz aldı. Belə ki o, əlinə qabdan su tökdü və əllərini üç dəfə yudu, sonra əlini qabın içinə saldı, ondan üç ovuc götürüb ağzını yaxaladı, burnuna su çəkdi və sonra suyu çölə çıxardı. Sonra əlini qaba salıb üzünü üç dəfə yudu, sonra iki dəfə əllərini dirsəklərə qədər yudu, sonra əlini qaba salaraq başın önündən arxaya və arxadan önə olmaqla, başına bir dəfə məsh çəkdi, sonra ayaqlarını topuğa qədər yudu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) məni bir iş üçün göndərdi. Mən də cünub oldum,lakin su tapa bilmədim, buna görə də heyvanın torpaqda yuvarlandığı kimi yuvarlandım. Sonra Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldim və bunu ona xəbər verdim. O, dedi: "Əllərinlə belə etməyin sənə kifayət idi". Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrindən bir dəstə adam ona bele dedi: “Ey Allahın Rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".
Səhih Muslim rəvayət etdi.