Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 9

Filtrləri təmizlə
"Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına müsəlman olmaq üçün gəldim, O mənə: su və sidr ilə yuyunmağımı əmr etdi".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
“Kim hər vacib namazdan sonra “Ayətul-Kürsi”ni oxuyarsa, onun cənnətə girməsinə ölümündən başqa heç nə mane olmaz”.
Səhih Ən-Nəsai Əl-Kubrada rəvayət etdi.
"Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Səhih Ət-Tirmizi, Ən-Nəsai, İbnu Məcə və Əhməd rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün bizə sübh namazını qıldırdı və dedi: “Filankəs burdadır?". Dedilər: Xeyr. O, dedi: “Filankəs burdadır?”. Dedilər: Xeyr. O dedi: “Həqiqətən, bu iki namaz münafiqlər üçün ən ağır namazlardır və əgər siz bu namazlarda olan savabı bilsəniz, dizləri üstündə iməkləyərək olsa belə, (məscidə) gələrsiniz. Həqiqətən, birinci səff mələklərin səffi kimidir. Siz birinci səfdəki fəziləti bilsəydiniz, onun üçün tələsərdiniz. Həqiqətən, bir kişinin başqa bir kişi ilə namaz qılması, onun tək namaz qılmasından, iki kişi ilə birlikdə namaz qılması isə bir kişi ilə namazdan qılmasından daha üstündür. (Namazda iştirak edənlərin sayı) nə qədər çox olarsa, Uca Allaha o qədər sevimli olar”.
Səhih Əbu Davud, Nəsai və Əhməd rəvayət etmişdir.
“Qələm üç nəfərdən qaldırılmışdır: yuxudan oyanana qədər yatan kəsdən, həddi-büluğa çatana qədər uşaqdan və ağlı başına gələnə qədər dəlidən”.
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
"Misvak ağzın təmizliyi, Rəbbin isə razılığıdır".
Səhih Ən-Nəsai və Əhməd rəvayət ediblər
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) sol əli ilə ipək və sağ əli ilə qızıl götürdü, sonra əllərini qaldırıb dedi: "Bu iki şey ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır".
Səhih Əbu Davud, Nəsai və İbn Maca rəvayət etmişdir
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə xütbətul-hacəni öyrətdi: Həqiqətən, həmd Allaha məxsusdur, Ondan kömək diləyir, Ondan bağışlanma diləyir və nəfsimizin şərlərindən Ona sığınırıq. Allah kimi doğru yola yönəltsə, onu heç kim azdıra bilməz, kimi azdırsa, heç kim onu doğru yola yönəldə bilməz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq ilah yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və rəsuludur, {Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir.} [ən-Nisa: 1], {Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!} [Ali-İmran: 102], {Ey iman gətirənlər, Allahdan qorxun və doğru söz söyləyin ki, Allah sizin əməllərinizi islah etsin və günahlarınızı bağışlasın. Kim Allaha və Onun Peyğəmbərinə itaət edərsə, böyük bir uğura nail olar.(Əl-Əhzab 70, 71)
Səhih Əbu Davud, Tirmizi, Nəsai, İbn Maca və Əhməd rəvayət etmişdir.