عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Allah Rəsulununa (Allahın salavatı və salamı onun üzərinə olsun) qırx yaşında ikən vəhy endirildi və o Məkkədə on üç il qaldı, daha sonra ona hicrət etmək əmr edildi və Mədinəyə hicrət etdi. Və orada on il qaldı, sonra Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) vəfat etdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Ey möminlərin anası, mənə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqından xəbər ver! Aişə anamız (Allah ondan razı olsun) isə belə cavab verdi: "Sən Quran oxumursanmı?". Dedim: "Əlbəttə oxuyuram". O dedi: "Allahın Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) əxlaqı Quran idi".
Səhih Muslim Müslim uzun bir hədisdə rəvayət etmişdir.
"Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ayaqqabısını geyindiyi, saçlarını daradığı, təmizləndiyi zaman və bütün işlərində sağla başlamağı sevərdi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sabah bu bayrağı elə bir kişiyə verəcəm ki, Allah onun əli ilə zəfər nəsib edəcək, o, Allah və Rəsulunu sevir, Allah və Rəsulu da onu sevir". Ravi dedi: İnsanlar o gecəni, bayrağın kimə veriləcəyini düşünərək keçirdilər. Sabah olduğunda onların hər biri bayrağın özünə veriləcəyi ümidilə Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına getdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:
"Əli bin Əbu Talib hardadır?". Dedilər: Ey Allahın Rəsulu, gözlərindən şikayət edir (gözləri ağrıyır). Dedi: "Onun yanına adam göndərin (gəlsin)". Əlini gətirdilər və Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun gözlərinə tüpürdü və onun üçün dua etdi. Əli, sanki heç bir ağrısı olmamış kimi dərhal sağaldı və (Peyğəmbər), bayrağı ona verdi. Əli (Allah ondan razı olsun) dedi: "Ey Allahın Rəsulu! Onlar da bizim kimi olana qədər onlarla döyüşəcəmmi?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: "Sən, onların olduqları yerə yavaş-yavaş get (yəni dərhal döyüşə girmə). Sonra onları İslama dəvət et və Allahın haqqı olaraq yerinə yetirmələri vacib olan şeyləri onlara bildir. Allaha and olsun ki, Allahın, sənin əlinlə tək bir insana hidayət etməsi, sənin üçün qırmızı dəvələrə sahib olmağından daha xeyirlidir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanlar arasında ən gözəl əxlaqa sahib idi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)