Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 4

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz. İnsanların üzərində olan əmir başçıdır və onlardan sorumludur, kişi isə ailəsi üzərində başçıdır və onlara cavabdehdir. Qadın ərinin evi və uşaqları üzərində başçıdır və onlara cavabdehdir və nökər ağasının malında başçıdır və o, buna cavabdehdir. Həqiqətən, sizin hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlara cavabdehsiniz."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Biz, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) çətinlikdə və rahatlığda, sevincli və kədərli anlarda, başqaları bizdən üstün tutulduğu zamanlarda əmr sahiblərini dinləyib itaət etməyə, onların işlərinə qarışmamağa, harada olmağımızdan aslı olmayaraq haqqı deyəcəyimizə və Allah üçün heç bir qınayanın qınağından qorxmayacağımıza dair beyət etdik".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allah kimə rəhbərlik etməyi nəsib edərsə, rəhbərliyi altında olan insanları aldadaraq ölərsə, Allah cənnəti ona haram edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizin (başınızda duracaq rəhbərlər tərəfindən) inkar edəcəyiniz işlər və mənimsəmələr görəcəksiniz. Soruşdular: "Ey Allahın Rəsulu, bizə nə əmr edirsən?". O Dedi: Üzərinizdə olan haqqı yerinə yetirin, öz haqqınızı isə Allahdan istəyin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)