Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 4

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et". Mən dedim: "Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə iman gətirdik. Sən bizim üçün qorxursan?". O dedi: “Bəli, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır, onları istədiyi kimi çevirər".
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Dedim: Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu izzət və cəlal sahibi olan Allahdan istəyim. Dedi: “Allahdan salamatlıq istə!” Mən bir neçə gün gözlədim, sonra yenə gəlib dedim: “Ey Allahın Rəsulu, mənə elə bir şey öyrət ki, onu Allahdan istəyim. Mənə dedi: "Ey Abbas, ey Allah Rəsulunun əmisi, Allahdan dünya və axirətdə salamatlıq istə"
Başqasıyla səhih olan Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
Bir bədəvi ərəb (səhrada yaşayan) Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və dedi: "Mənə söyləməyə zikr öyrət". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi:: "De:Ləə iləhə illallahu vəhdəhu lə şərikə ləhu, Allahu Əkbər kəbiran, vəl-həmdu lilləhi kəsiran, Subhənallahi Rabbil-ələmin, lə həvlə və ləə quvvətə illə billəhil-əzizil-həkim!" (Tək Olan Allahdan başqa ilah yoxdur, onun şəriki yoxdur, Allah ən böyükdür. Allaha çoxlu həmd olsun, aləmlərin Rəbbi olan Allah eyib və nöqsanlardan Pakdır! Qüdrətli və Hikmət sahibi Allahdan başqa heç bir güc və qüdrəti olan yoxdur!) Bədəvi ərəb dedi: Bunlar Rəbbim üçündür. Bəs özüm üçün nə söyləyim? Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "De: "Allahumməğfirli, vərhəmni,vəhdini,vərzuqni!" (Allahım, məni bağışla, mənə rəhm et, mənə hidayət et və məni ruziləndir!).
Səhih Muslim rəvayət etdi.