Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Al­lahın Rəsulu‎, şeytan mənimlə namazım və qiraətim ara­sına girdi, namazımı və qiraətimi qarışdırdı” dedi. Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: "Bu Xinzəb deyilən şey­tandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür". Osman dedi ki: mən elə etdim, Allah da onu məndən uzaqlaşdırdı.
Səhih Muslim rəvayət etdi.
Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və dəyirman daşından əlinə düşmüş izdən şikayətləndi və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qulun gəldiyi xəbəri ona çatmışdı. Lakin Fatimə Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) tapmadı və bunu Aişəyə söylədi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) gəldikdə Aişə bunu ona xəbər verdi. (Əli) dedi: Biz çarpayımıza uzanmışdıq ki, o, yanımıza gəldi, biz ayağa qalxmaq istədikdə, O, “Yerinizdə oturun” dedi və gəlib aramızda əyləşdi, hətta mən onun ayaqlarının soyuqluğunu qarnımda hiss etdim. O, dedi: Sizi istədiyinizdən daha xeyirli bir şeyə yönəldimmi? Yatağınıza uzandıqda otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdu lilləh", otuz dörd dəfə "Allahu Əkbər" söyləyin və bu sizin üçün xidmətçidən daha xeyirlidir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Kim bir məkana çatıb, orada dayanıb qalarsa, ardınca “Yaratdıqlarının şərindən Allahın kamil kəlmələrinə sığınıram” duasını oxuyarsa, ona, həmin yeri tərk edənə qədər heç bir ziyan dəyməz”.
Səhih Muslim rəvayət etdi.