Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 7

Filtrləri təmizlə

Rəvayət olunduğu mənbə

"Kim bir mömini dünya sıxıntılarının birindən qurtararsa, Allah da onu Qiyamət gününün sıxıntılarının birindən qurtarar. Kim borcunu qaytara bilməyən bir kimsənin işini asanlaşdırarsa, Allah da onun dünya və axirətdəki işlərini asanlaşdırar. Kim bir müsəlmanın eyblərini örtərsə, Allah da onun həm bu dünyada, həm də axirətdə eyblərini örtər. Kişi mömin qardaşına kömək etdiyi müddətdə, Allah da ona kömək edər. Kim elm öyrənmək üçün yola çıxarsa, Allah bununla onun Cənnətə gedən yolunu asanlaşdırar. Əgər bir toplum Allahın evlərindən hər hansı birində yığışıb Allahın Kitabını oxuyarsa və onu bir-birinə öyrədərsə, onların üzərinə sükunət nazil olar, rəhmət onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz yanında olanlar arasında yad edər. Kimin əməli onu geriyə çəkərsə, nəsəbi onu irəliyə apara bilməz".
Səhih Muslim rəvayət etdi.
"Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz". Peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır".
Səhih Muslim rəvayət etdi.
"Uca Allah belə demişdir: Kim mənim bir vəlimə (dostuma, yaxın quluma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum Mənə, ona fərz etdiyim ibadətlərdən daha sevimli başqa bir şeylə yaxınlaşa bilməz. Qulum mənə nafilə ibadətlərlə o qədər yaxınlaşar ki, Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və yeriyən ayağı olaram. Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram".
Səhih Əl-Buxari rəvayət etdi.
"Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə" - dedi.
Səhih Əl-Buxari rəvayət etdi.
"İnsanın oynaqlarından hər biri üçün bir sədəqə vardır. Günəşin doğduğu hər gün iki insanın arasında ədalətlə hökm verməyin sədəqədir. Bir kişiyə öz miniyinə minməkdə yardım etməyin və ya onun əşyasını qaldırıb miniyinin üzərinə qoymağın sədəqədir. Gözəl söz sədəqədir. Namaz qılmağa getdikdə atdığın hər bir addım sədəqədir. Yoldan insanlara əziyyət verən şeyi kənarlaşdırmağın sədəqədir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Həqiqətən, Uca Allah Pakdır və yalnız Pak olanları qəbul edər. Həqiqətən, Allah peyğəmbərlərə əmr etdiyini möminlərə də əmr etmişdir. Uca Allah buyurur: (Ey Peyğəmbərlər, təmiz və halal nemətlərdən yeyin və yaxşı işlər görün!). O, həmçinin, buyurur: (Ey iman gətirənlər! Sizə ruzi olaraq verdiyimiz təmiz və halal nemətlərdən yeyin). Sonra Peyğəmbər (sallallahu əleyhi va səlləm) uzun müddətli səfərə çıxmış, saçları dağınıq, üst-başı da toz-torpaq içində olan və bu halda əllərini göyə qaldırıb: “Ya Rəbb, ya Rəbb!” – deyə yalvaran birisini xatırlatdı. Peyğəmbər (sallallahu əleyhi va səlləm) davam edib belə dedi: Onun yediyi, haram, içdiyi haram, geydiyi haram və haramla qidalanmışdır. Beləsinin duası necə qəbul ola bilər?!".
Səhih Muslim rəvayət etdi.