عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Bütün raviləri göstər (67)
Dedim: Ey Allahın Rəsulu, hovuzunun qabları necədir? Dedi:" Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, hovuzun qabları buludsuz zülmət gecədə, səmada görünən ulduz və səma cisimlərindən çoxdur, cənnətdəki qabdan içən kəs ömrünün sonuna qədər bir daha susamaz. Cənnətdən hovuza axın var, oradan içən bir daha susamaz. Eni ilə uzunluğu eyni olub, Amman ilə Əylə arasındakı məsafə qədərdir, suyu süddən daha ağ, baldan daha dadlıdır.
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Məndən bağışlanma diləyin, Mən də sizi bağışlayım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insanlarınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istədiyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Səhih Muslim rəvayət etdi.