Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 99

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Ravi

Bütün raviləri göstər (48)
Doğru söz sahibi və doğruluğu Allah tərəfindən təsdiqlənən Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bizə belə buyurdu: "Sizlərdən birinizin yaradılışının başlanğıcı (embrion) anasının bətnində qırx gün və qırx gecədə toplanır, sonra həmin müddətdə laxtalanmış qana çevrilir, sonra növbəti qırx gündə ət parçasına çevrilir, sonra ona mələk göndərilir və dörd şeyi yazmağı əmr edilir: ruzisini, əcəlini, əməlini, bədbəxt, yoxsa xoşbəxt olacağını. Sonra ona ruh üfürülür. Sizlərdən biriniz cənnət əhlinin əməlini edir, onun cənnətə daxil olmasına bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cəhənnəm əhlinin əməlini edərək cəhənnəmə daxil olur və sizlərdən biriniz cəhənnəm əhlinin əməlini edir, onun cəhənnəmə düşməsinə bir arşın qalmış, ana bətnində yazılmış qədəri onu qabaqlayır və o cənnət əhlinin əməlini edərək cənnətə daxil olur."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərdə yəhər üzərində arxasına aldığı yol yoldaşı Muaza üç dəfə: “Ey Muaz ibn Cəbəl” - deyə səslənir, Muaz da 3 dəfə: “Buyur, ey Allahın Rəsulu, əmrindəyəm” - deyə cavab verir. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə deyir:“Kim Allahdan başqa məbud olmadığına və Muhəmmədin Allahın rəsulu olduğuna ürəkdən ixlasla şəhadət edərsə, Allah cəhənnəmi ona haram edər". Bu zaman Muaz soruşur: "Ey Allahın Rəsulu, bu şad xəbəri insanlara çatdırımmı, sevinsinlər?". Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurur: “Onda insanlar arxayınlaşarlar”. Yalnız ölümünə yaxın Muaz - elmi gizlətmək günahından - qurtulmaq üçün bu bilgini xəbər vermişdir.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
İnsanlar Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) kahinlər haqqında soruşdular. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onlara dedi: "Onların dəyəri yoxdur." Dedilər: Ey Allahın Rəsulu, bəzən onların söylədikləri doğru çıxır. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu:Bu, cinlərin səmada haqq sözünü eşidərək qapıb və dostlarının qulağına toyuğun dən yeyərkən qaqıldadığı kimi qaqıldayaraq eşitdiklərini onlara xəbər verməsidir, üstəlik ötürdükləri məlumata yüz yalan qatarlar.”
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Nəcd əhlindən saçı dağınıq bir kişi Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi. Biz onun səsini eşidir, lakin nə dediyini başa düşmürdük. O, Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) yaxınlaşdı və İslam haqqında soruşdu. Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Bu, gündüz və gecə qılınan beş vaxt namazdır." Kişi soruşdu:" Bu namazlardan başqa üzərimə namaz vacibdimi?" Dedi: "Xeyr, yalnız könüllü qılacağın namazlar istisna, və üzərinə Ramazan orucu vacibdir." Kişi soruşdu:" Ondan başqa oruc mənə vacibdirmi?" Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Xeyr, yalnız könülü olaraq oruc tutmağın istisna." Sonra Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona zəkat haqqıda xəbər verdi və kişi dedi: “Başqa bir şey etməliyəmmi? Dedi: “Xeyr, yalnız könüllü olaraq sədəqə verməyin istisna”. Sonra kişi üzünü çevirib: “Allaha and olsun ki, mən buna nə əlavə edəcəm, nə də ondan azaldacam" dedi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Əgər doğru danışsa, nicat tapacaqdır."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qəbirlər üzərində oturmayın və (orada) onların istiqamətində namaz qılmayın".
Səhih Muslim rəvayət etdi.
Şirk əhlindən olub bir çox insan öldürmüş, çox zina etmiş bir toplum insan Məhəmmədə (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib:" Sənin söylədiklərin və dəvət etdiyin şey gözəldir. Kaş ki bizim etdiyimiz günahların bir kəfarəsi olduğunu bizə xəbər versəydin" - dedilər. Bu zaman Uca Allahın: "Onlar Allahla yanaşı başqa məbuda ibadət etməz, Allahın haram etdiyi canı haqsız yerə qətlə yetirməz və zina etməzlər...." [Furqan 25 surəsi, ayə 68] və "(Ey Peyğəmbər!) de: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmətindən ümidinizi üzməyin...." [Zümər 39 surəsi, ayə 53] ayəsi nazil oldu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) ölümün­dən qabaq örtüyünü üzünə atmağa başladı. (Ürəyi) sıxıldıqda isə onu üzündən götürürdü. O bu halda ikən belə dedi: "Allah yəhudilərə və xristianlara lənət eləsin! Onlar peyğəmbər­ləri­nin qəbirlərini məscidlərə çevirdi­lər". (Peyğəmbər, Allahın salavatı və salamı onun üzərinə olsun, bu sözləri ilə ümmətini) - onların etdikləindən çəkindirirdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)