Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 99

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Ravi

Bütün raviləri göstər (48)
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir kişi gəlib belə dedi: Ey Allahın Rəsulu, (insanı cənnətə və cəhənnəmə salan) iki səbəb nədir? Dedi: "Kim Allaha şərik qoşmadan ölərsə cənnətə daxil olar, kim Allaha şərik qoşaraq ölərsə cəhənnəmə daxil olar".
Səhih Muslim rəvayət etdi.
"Kim doğru yola dəvət edərsə, o kəs, arxasınca gedənlərin savabı qədər savab qazanar və bu onların savablarından heç nəyi əksiltməz, kim də zəlalətə dəvət edərsə, onun arxasınca gedənlərin günahı qədər günah qazanar və bu onların günahından heç nəyi əksiltməz".
Səhih Muslim rəvayət etdi.
"İfratçılar həlak oldular". Bunu üç dəfə təkrar etmişdir.
Səhih Muslim rəvayət etdi.
"Şübhəsiz ki, Allah möminin yaxşı əməlinin savabını silməklə ona zülm etməz, yaxşılığın əvəzini bu dünyada verər və axirətdə də mukafatlandırar, kafiri isə Allah xətrinə etdiyi xeyir əməllərinin dadını bu dünyada daddırar, axirətə gəldikdə isə onun mukafatlanacaq heç bir savabı qalmaz".
Səhih Muslim rəvayət etdi.
Biz Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanında doqquz, səkkiz və ya yeddi nəfər idik və O (Allahın salavatı və salamı onun üzərinə olsun): “Allahın Rəsuluna beyət etməyəcəksinizmi?” deyə soruşdu. Biz təzəlikcə beyət etmişdik və dedik: “Biz sənə beyət etmişik, ey Allahın Rəsulu". Sonra o, yenə: “Allahın elçisinə beyət etməyəcəksinizmi?”-deyə soruşdu. “Biz sənə beyət etmişik, ey Allahın Rəsulu" deyə cavab verdik. Allah Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə soruşdu: "Allah Rəsuluna beyət etməyəcəksinizmi?" Biz əllərimizi uzadaraq dedik: “Sənə beyət etdik, ey Allahın Elçisi, bəs (indi) nəyin üzərinə beyət edirik?" O: “ Allaha ibadət edib, Ona heç bir şeyi şərik qoşmamanıza, beş vaxt namaza, itaət edəcəyinizə– bundan sonra səsini aşağı salaraq- və insanlardan heç nə istəməyəcəyinizə.”-deyə buyurdu. (Bundan sonra onlardan) bəzi kəslərin qamçısının yerə düşdüyünü gördüm. Heç kəsdən qamçısını ona verməsini belə istəməzdi.
Səhih Muslim rəvayət etdi.
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Münafiqin məsəli, iki qoyun sürüsü arasında tərəddüdlə ora bura gedən çaşqın qoyun kimidir, gah bir sürüyə gedər, gah da digərinə.
Səhih Muslim rəvayət etdi.
Dedim: "Ey Allahın Rəsulu, cahiliyyədə etdiyim sədəqə vermək, qul azad etmək, qohumluq əlaqələrini saxlamaq kimi xeyir əməllərə görə mənim əcrim varmı?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Sən keçmişdə etdiyin xeyir əməllərlə müsəlman oldun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)