Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 2

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

Ravi

Bütün raviləri göstər (48)
Dedim: Ey Allahın Rəsulu, hovuzunun qabları necədir? Dedi:" Muhəmmədin nəfsi əlində olan Allaha and olsun ki, hovuzun qabları buludsuz zülmət gecədə, səmada görünən ulduz və səma cisimlərindən çoxdur, cənnətdəki qabdan içən kəs ömrünün sonuna qədər bir daha susamaz. Cənnətdən hovuza axın var, oradan içən bir daha susamaz. Eni ilə uzunluğu eyni olub, Amman ilə Əylə arasındakı məsafə qədərdir, suyu süddən daha ağ, baldan daha dadlıdır.
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Uca Allahdan belə rəvayət etmişdir: "Ey qullarım, Mən zülmü Özümə haram etdim və sizin də aranızda onu haram buyurdum, elə isə bir-birinizə zülm etməyin. Ey qullarım! Hidayət verdiyim kəslərdən başqa hamınız zəlalətdəsiniz, elə isə Məndən hidayət diləyin, sizi doğru yola yönəldim. Ey qullarım! Mənim yedirdiyim kəslərdən başqa hamınız acsınız, elə isə Məndən yemək istəyin, sizi yedirdim. Ey qullarım! Mənim geyindirdiyim kəslərdən başqa hamınız çıplaqsınız! Elə isə Məndən geyim istəyin, sizi geyindirim. Ey qullarım! Siz gecə-gündüz günah işlər görürsünüz. Mən isə bu günahların hamısını bağışlayıram. Elə isə Mən­dən bağışlanma diləyin, Mən də sizi bağış­la­yım. Ey qullarım! Siz heç vaxt Mənə zərər verə bilməzsiniz və siz heç vaxt Mənə fayda verə bilməzsiniz. Ey qullarım! Əgər sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızda Allahdan ən çox qorxan adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdə bir şeyi belə artırmaz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bütövlüklə, aranızdakı ən günahkar adamın qəlbinə sahib olsalar belə, bu, Mənim mülkümdən heç nəyi əskiltməz. Ey qullarım! Sizdən əvvəlkilər və sonrakılar, insan­larınız və cinləriniz bir yerə toplanıb Məndən istəsələr və Mən onların hər birinin istə­diyini versəm, bu, sanki nəhəng dənizə iynəni batırıb çıxaran zaman dəniz suyunun əskilmədiyi kimi, Mənim də mülkümdən heçnə əskilməz. Ey qullarım, bu sizin əməllərinizdir. Onları sizin üçün hesaba alıram, sonra əvəzini verəcəm. Odur ki, kim xeyir tapsa, Allaha həmd etsin, əks halda qoy kimsə özündən başqa heç kəsi qınamasın”.
Səhih Muslim rəvayət etdi.