Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 72

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəsulullah - salləllahu aleyhi va səlləm - Muaz bin Cəbəli Yəmənə göndərdiyi zaman ona belə buyurdu: "Sən Kitap əhli olan bir qövmə gedəcəksən. Onların yanına getdikdə, onları Allahdan başqa haqq bir ilah olmadığına, Muhammədin də Onun Rəsulu olduğuna şəhadət etməyə dəvət et. Əgər onlar bu işdə sənə tabe olsalar, Allahın onlara gün ərzində beş vaxt namaz qılmağı əmr etdiyini bildir. Əgər onlar bu işdə sənə tabe olsalar, onlara zənginlərdən alınıb fəqirlərə veriləcək olan zəkatı da fərz etdiyini bildir. Əgər onlar bu işdə də sənə tabe olsalar, bu zaman mallarının ən yaxşısını almaqdan çəkin! Məzlumun duasından qorx! Çünki məzlumun duası ilə Allah arasında heç bir pərdə yoxdur".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qiyamət günü insanlar arasında ilk mühakimə olunacaq məsələ qantökmə məsələsi olacaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bir insan hansısa bir qəbrin yanından keçərkən belə deyər: "Kaş ki, onun yerində mən olaydım" deməyincə Qiyamət qopmayacaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim bizim bu işimizdə (dinimizdə) onda olmayan bir yenilik edərsə o, rədd olunar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Allah belə buyurdu: Kim mənim bir vəlimə (dostuma) düşmənçilik edərsə, mən ona müharibə elan edərəm. Qulum ona fərz etdiyim şeydən daha sevimli olan heç bir şeylə mənə yaxınlaşmaz, qulum mənə nafilə (sünnət) ibadətlərlə yaxınlaşmağa o qədər davam edər ki, nəhayət Mən onu sevərəm. Mən onu sevdikdə, onun eşidən qulağı, görən gözü, tutan əli və gəzən ayağı olaram, Məndən bir şey istəsə, ona verərəm, Mənə sığınsa, onu qoruyaram. Mən etdiyim heç bir şeydə mömin qulumun canını almaq kimi tərəddüt etmədim. Qulum ölümü sevmir, mən də onu incidən şeyi sevmirəm".
Səhih Əl-Buxari rəvayət etdi.
Dedim: "Ey Allahın Rəsulu, cahiliyyədə etdiyim sədəqə vermək, qul azad etmək, qohumluq əlaqələrini saxlamaq kimi xeyir əməllərə görə mənim əcrim varmı?". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Sən keçmişdə etdiyin xeyir əməllərlə müsəlman oldun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) Allah qatında ən böyük günah hansıdır?” - deyə soruşduğumda: “Səni yaratmış olduğu halda Allaha şərik qoşmağındır” - deyə cavab verdi. Mən dedim: "Həqiqətən də bu böyük məsələdir. Sonra hansı?" - deyə soruşdum. O Dedi: "Övladının sənin yeməyinə şərik olub səninlə yeməsi qorxusuna (ruzi qorxusuna) görə onu öldürmək". Dedim: "Sonra hansı?". Dedi: "Qonşunun həyat yoldaşıyla cinsi yaxınlıq etmək".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)