Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 23

Filtrləri təmizlə
"Rəhm edənlərə (mərhəmətli olanlara) Rəhman olan Allah rəhm edər. Yer üzündə olanlara rəhm edin ki, səmada Olan da sizə rəhm etsin".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd
"Kim Allahdan başqasına and içərsə ya küfür edər ya da şərik qoşar".
Səhih Əbu Davud, Ət-Tirmizi,Əhməd
Kim astrologiya ilə baxıcılıq elminə yiyələnərsə, sehrin bir növünə yiyələnmiş olar, bu yöndə elmi artıqca günahı da artar.
Səhih Əbu Davud,İbnu Məcə və Əhməd rəvayət etdi.
Bir kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və onunla bəzi məsələlər haqqında danışdı və dedi: “Allah və sən istədin”. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən məni Allahla bərabərmi etdin? De ki: “Yalnız Allah istədi (oldu).”
İsnadı həsən olan رواه ابن ماجه والنسائي في الكبرى وأحمد
"İnsan dostunun dini üzərindədir və sizdən hər biriniz kiminlə dostluq etdiyinə baxsın".
Həsən Əbu Davud, Ət-Tirmizi,Əhməd
"Sizin üçün ən çox qorxduğum kiçik şirkdir". Dedilər: "Kiçik şirk nədir, ey Allahın Rəsulu?". O belə buyurdu: “Riya. İzzət və cəlal sahibi olan Allah Qiyamət günü, insanların əməllərinin qarşılığı veriləcəyi zaman onlara deyəcək: “Dünya həyatında özünüzü göstərdiyiniz insanların yanına gedin və baxın görün özünüz üçün onlarda bir mükafat tapırsınızmı?".
Həsən Əhməd rəvayət etdi.
Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".
Səhih Muslim və Əhməd rəvayət etdi.
"Kim özünü bir topluma oxşadarsa, o da onlardandır".
Həsən Əbu Davud, Əhməd rəvayət ediblər.