Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 23

Filtrləri təmizlə
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir gün aramızda ikən ayağa qalxıb bizə, qəlblərimizi titrədən, gözlərimizi yaşardan bəlağətli bir xütbə söylədi. Ona dedilər ki: Ey Allahın Rəsulu, bizə sanki vida xütbəsi verdin, ona görə bizə vəsiyyət et. O dedi: “Sizə Allahdan qorxmağı tövsiyyə edirəm, (rəhbəriniz) həbəşi bir kölə olsa belə, ona tabe olub, itaət edin. Məndən sonra şiddətli ixtilaflar görəcəksiniz, mənim və doğru yolda olan raşidi xəlifələrin yoluna tabe olun və ondan azı dişlərinizlə yapışın. Dinə artırılmış yeniliklərdən çəkinin, çünki hər bir yenilik zəlalətdir”.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər
Bəni-Amir heyəti ilə Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) hüzuruna yola düşdüm. (Yanına çatdıqda) dedik: “Sən bizim seyyidimizsən.” Dedi: “Seyyid Allahdır”. Biz dedik: "Sən bizim ən fəzilətlimiz və ən böyüyümüzsən". O, dedi: “Öz sözlərinizlə danışın, şeytan sizi (tərifdə həddi aşmağa) sürükləməsin.
Səhih Əbu Davud, Əhməd rəvayət ediblər.
"Borcu qaytarmaqda çətinlik çəkənə möhlət verən və ya borcunu ona tamamilə əfv edən kəsi, Allah Qiyamət günü Öz ərşinin kölgəsi altına alacaq, həmin gün o kölgədən savayı sığınılacaq heç bir kölgə olmayacaq".
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".
Səhih Əhməd rəvayət etdi.
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Huneynə çıxanda müşriklərin silahlarını asdıqları "Zətu-Ənvat" deyilən bir ağacın yanından keçdi və səhabələr dedilər: Ey Allahın elçisi, onların Zətu-Ənvat ağacı olduğu kimi, bizim üçün də Zətu-Ənvat ağacı düzəlt!” Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Subhənallah-(Allah pak və müqəddəsdir! )Bu, Musanın qövmünün dediyi kimidir: “Onların ilahları olduğu kimi, bizim üçün də bir ilah düzəlt!” [Əraf: 138] Nəfsim əlində olana and olsun ki, siz özünüzdən əvvəlkilərin yoluna tabe olacaqsınız." ​
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Deməyin ki, Allah və filankəs istədiyi oldu, əksinə deyin ki: “Allah istədi sonra isə filankəs istədi oldu”.
Rəvayət yollarının məcmusuyla səhih olan Əbu Davud,Ən-Nəsai Əl-Kubrada və Əhməd rəvayət etdi.
"Bizimlə onlar arasındakı olan əhd namazdır. Kim namazı tərk etsə, artıq küfr etmişdir".
Səhih Ət-Tirmizi, Ən-Nəsai, İbnu Məcə və Əhməd rəvayət etdi.
"(Bədbinlik etiqadı ilə) quş uçurmaq şirkdir" - üç dəfə təkrarladı. Bizdən hər birimizin ağlına belə bir fikir gələ bilər, lakin izzət və cəlal sahibi olan Allah onu bizim qəlblərimizdən təvəkkül etməklə uzaqlaşdırır.
Səhih Əbu Davud, Ət-Tirmizi, İbn Məcə, Əhməd rəvayət ediblər