Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 2

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

Bir bədəvi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib dedi: Məni elə bir əmələ yönəlt ki, onu edəcəyim təqdirdə cənnətə girim. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha heç bir şeyi şərik qoşmadan ibadət et, fərz namazlarını qıl, vacib olan zəkatı ver və Ramazan orucunu tut.” Kişi dedi: “Nəfsim əlində olana and olsun ki, bunun üzərinə heç bir şey artırmayacam. O, dönüb getdikdə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Kimi Cənnət əhlindən olan bir insana baxmaq sevindirirsə, bu kişiyə baxsın”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir gün Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) bizim yanımıza gəlmişdi. Biz ona: “Ey Allahın elçisi, sənə necə salam verəcəyimizi öyrəndik, bəs sənə necə salavat gətirək? deyə sual verdik. O da belə dedi: «Bu cür deyin : Allahummə salli alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid. Allahummə bərik alə Muhəmmədin və alə əli Muhəmməd, kəmə salleytə alə İbrahimə, innəkə həmidun Məcid » (Allah'ım, İbrahimə və onun ailəsinə salat etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də salat et. Həqiqətən Sən təriflənməyə layiq və ucasan. Allah'ım, İbrahimə və onun ailəsinə xeyr və bərəkət lütf etdiyin kimi Məhəmməd (Allahın salavatı və salamı onun üzərinə olsun) və onun ailəsinə də xeyr və bərəkət ver. Həqiqətən Sən təriflənməyə layiq və ucasan)
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)