Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 14

Filtrləri təmizlə

Rəvayət olunduğu mənbə

Biz bir gün Ömərin yanında idik, o, belə dedi: “Bizə, təkəlluf etmək (çətinləşdirmək) qadağan edildi”.
Səhih Əl-Buxari rəvayət etdi.
"Həqiqətən, Allah zalıma möhlət verir ki, onu yaxalayanda boyun qaçırmasın”. Buyurdu ki, sonra bu ayəni oxudu: "Rəbbin haqsızlıq edən məmləkətləri yaxaladığı zaman məhz belə yaxalayır. Onun yaxalaması həqiqətən də üzücüdür, şiddətlidir" [Hud 11 surəsi, ayə 102]. ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Zülm etməkdən çəkinin, çünki zülm Qiyamət günü zülmət olacaq və xəsislik etməkdən çəkinin, həqiqətən də xəsislik sizdən əvvəlkiləri məhv etdi, onları bir-birinin qanını tökməyə və haramlarını halal saymağa sövq etdi”.
Səhih Muslim rəvayət etdi.
"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın, kişi bir paltar altında başqa bir kişi ilə, qadın da bir paltar altında başqa bir qadınla qalmasın".
Səhih Muslim rəvayət etdi.
"Bilirsinizmi, müflis kimdir?" Dedilər ki: «Bizim aramızda müflis, pulu və malı olmayandır.» Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: "Şübhəsiz ki, ümmətimdən müflis olan o kəsdir ki; Qiyamət günü namazla, orucla və zəkatla gələcək. Lakin buna söymüş , birinə iftira etmiş, birinin malını yemiş, birinin qanını tökmüş və birini vurmuşdur. Buna onun savablarından verilər və digərinə onun savablarından verilər. Üzərində olan qul haqqları ödənmədən əvvəl savabları qurtararsa, onların günahlarından götürülər və onun üzərinə atılar; sonra da özü cəhənnəmə atılar".
Səhih Muslim rəvayət etdi.