Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 7

Filtrləri təmizlə
"Güclü, güləşdə qalib gələn deyil, həqiqi güclü, qəzəb zamanı nəfsini cilovlayan insandır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bir-birinizə həsəd etməyin, bir-birinizi aldadaraq qiyməti qaldırmayın, bir-birinizə nifrət bəsləməyin, bir-birinizə arxa çevirməyin, biriniz digərinizin satışı üzərinə satış etməsin. Ey Allahın qulları, qardaş olun!. Müsəlman müsəlmanın qardaşıdır, ona zülm etməz, onu köməksiz qoymaz və onu alçatmaz". Peyğəmbər (sallallahu aleyhi va səlləm) sinəsinə işarə edərək üç dəfə: "Təqva buradadır" – deyə təkrar etdi. "Kişiyə müsəlman qardaşını alçaltması şər olaraq kifayət edər. Hər bir müsəlman üçün digər bir müsəlmanın qanı, malı və namusu haramdır".
Səhih Muslim rəvayət etdi.
"Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə" - dedi.
Səhih Əl-Buxari rəvayət etdi.
"Möminlərdən ən kamil iman sahibləri, gözəl əxlaqa malik olanlardır, sözsüz ki, sizin ən xeyirliniz qadınlarına qarşı xoş rəftar edənlərdir".
Həsən Əbu Davud, Ət-Tirmizi,Əhməd
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) insanları ən çox cənnətə salan meyar haqqında soruşuldu. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) isə belə buyurdu: "Təqva və gözəl əxlaq". Sonra insanları ən çox cəhənnəmə aparan məsələ haqqında soruşuldu və buyurdu ki: "Ağız (dil) və cinsiyyət orqanı".
Həsən səhih Ət-Tirmizi, İbnu Məcə və Əhməd rəvayət etdi.
"İnsanlara tez-tez borc verən bir adam var idi. O, xidmətçisinə (borcları toplayan) belə deyərdi: Borcunu qaytara bilməkdə çətinlik çəkən birinə getsən, onun borcundan keç. Bəlkə Allah da bizim günahlarımızdan keçər. Nəhayət o kişi Allaha qovuşdu və Allah da onun günahlarından keçdi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)