Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 12

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrindən bir dəstə adam ona bele dedi: “Ey Allahın Rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".
Səhih Muslim rəvayət etdi.
«Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
Səhih Muslim rəvayət etdi.
"Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə, İsmayıl nəslindən dörd qul azad etmiş kimi olar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkə yolunda gedərkən Cümdan adlanan bir dağın yanından keçdi və dedi: “Gedin, bu Cümdan dağıdır, Fərqlənənlər qabaqladılar. Dedilər: Fərqlənənlər kimdir, ey Allahın Rəsulu? Buyurdu: “Allahı çox zikr edən kişilər və qadınlar”.
Səhih Muslim rəvayət etdi.