Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 9

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Kim gün ərzində yüz dəfə Subhənallahi və bihəmdihi deyərsə, günahları dəniz köpüyü qədər olsa belə bağışlanar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
o, Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gələrək: "Ey Al­lahın Rəsulu‎, şeytan mənimlə namazım və qiraətim ara­sına girdi, namazımı və qiraətimi qarışdırdı” dedi. Bunun üzərinə Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona belə buyurdu: "Bu Xinzəb deyilən şey­tandır. Onu hiss etdiyin an ondan Allaha sığın və sol tərəfinə üç dəfə yavaşca tüpür". Osman dedi ki: mən elə etdim, Allah da onu məndən uzaqlaşdırdı.
Səhih Muslim rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) izzət və cəlal sahibi olan Rəbbindən rəvayət edərək belə buyurdu: "Bir qul günah edərək: "Ey Rəbbim, günahımı bağışla!" – dedi. Müqəddəs və pak olan Allah buyurdu: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və bildi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır". Sonra qul yenidən günah etdi və dedi: "Rəbbim mənim günahımı bağışla". Müqəddəs və pak olan Allah dedi: "Qulum günah etdi və dərk etdi ki, günahı bağışlayan və bu günaha görə hesaba çəkən Rəbbi vardır. Nə istəsən et, artıq səni əfv etdim!".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bir dəstə səhabəsinin yanına gəlib dedi: “Nə üçün oturmusunuz?” Onlar dedilər: “Biz Allahı zikr edib, bizi İslama hidayət etdiyinə və onunla bizə bəxş etdiyi nemətlərinə görə Ona həmd-səna etmək üçün oturmuşuq". Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Allaha and için ki,yalnız bunun üçün oturmusunuz. Onlar dedilər: Allaha and olsun ki, ondan başqa bir şey üçün oturmamışıq. O, dedi: «Mən sizi töhmət (yalanda ittiham) etmək üçün and içdirmədim, lakin Cəbrayıl mənim yanıma gəldi və mənə dedi ki, izzət və cəlal sahibi olan Allah sizinlə mələklərin yanında fəxr edir."
Səhih Muslim rəvayət etdi.
"Müəzzin: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman sizlərdən biri ixlasla: "Allahu Əkbər, Allahu Əkbər" desə, sonra: "Əşhədu əllə iləhə illəllah" dediyi zaman: "Əşhədu əllə iləhə illəllah" desə, sonra: "Əşhədu ənnə Muhammədən rasulullah" dediyi zaman: "Əşhədu ənnə Muhammədən rasulullah" desə, sonra: "Həyyə aləs-salə!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Həyyə aləl-fələh!" dediyi zaman: "Lə həulə va lə quvvətə illə billəh" desə, sonra: "Allahu Əkbər, Allahu Əkbər" dediyi zaman: "Allahu Əkbər, Allahu Əkbər" desə və sonra da: "Lə İləhə illəllah" dediyi zaman: ürəkdən "Lə İləhə illəllah" desə Cənnətə girər".
Səhih Muslim rəvayət etdi.
Peyğəmbərin (sallallahu aleyhi va səlləm) səhabələrindən bir dəstə adam ona bele dedi: “Ey Allahın Rəsulu, var-dövlət sahibləri bizdən çox savab qazanırlar. Onlar bizim kimi namaz qılır, bizim kimi oruc tutur və üstəlik mallarının artığını sədəqə verirlər”. Peyğəmbər (sallallahu aleyhi va səlləm) dedi: "Məgər Allah sizə sədəqə edəcək şey verməmişdirmi?! Həqiqətən, hər bir təsbih (sübhənallah kəlməsi) sədəqədir, hər bir təkbir (Allahu Əkbər kəlməsi) sədəqədir, hər bir təhmid (Əlhəmdulilləh kəlməsi) sədəqədir, hər bir təhlil ("Lə iləhə illəllah" kəlməsi) sədəqədir, yaxşılığı əmr etmək sədəqədir, pis işlərdən çəkindirmək sədəqədir, habelə, sizdən birinizin (öz zövcəsi ilə) yaxınlıq etməsi də sədəqədir". Səhabələr soruşdular: “Ey Allahın Rəsulu! Birimiz (öz zövcəsi ilə) yaxınlıq edir və buna görə savabmı qazanır?” Peyğəmbər (sallallahu aleyhi va səlləm) belə dedi: "Məgər haram yolla yaxınlıq etdikdə, buna görə günah qazanmır?! Eləcə də, halalı ilə yaxınlıq etdikdə, savab qazanır".
Səhih Muslim rəvayət etdi.
«Müəzzini eşitdiyinizdə, siz də onun söylədiklərini təkrar edin. Sonra mənə salavat gətirin. Kim mənə bir salavat gətirirsə, Allah da bunun qarşılığında ona on salavat edər. Sonra da Allahdan mənim üçün ''Vəsiləni" istəyin. O, Cənnətdə elə bir dərəcədir ki, Allahın qullarından yalnız bir quluna yaraşır. Ümid edirəm ki, o qul, mənəm. Kim mənim üçün ''Vəsiləni'' istəyərsə şəfaət ona halal olar».
Səhih Muslim rəvayət etdi.
"Kim on dəfə, "Lə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhulmulku və ləhulhəmdu və huva alə kulli şeyin qadir" söylərsə, İsmayıl nəslindən dörd qul azad etmiş kimi olar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)