Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 4

Filtrləri təmizlə
Allah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) belə söylədiyini eşitdim: "Uca Allah buyurdu: Ey Adəm oğlu, nə qədər ki, Mənə dua edib ümid bəsləyirsən, sənin etdiyin günahları bağışlayaram və onlara əhəmiyyət vermərəm. Ey Adəm oğlu, əgər sənin günahların göydəki buludlara çatsa, sonra Məndən bağışlanma diləsən, Mən səni bağışlayaram və onlara əhəmiyyət vermərəm, ey Adəm oğlu, əgər sən Mənə yer dolusu günahla gəlsən və Mənə heç bir şeyi şərik qoşmadan mənimlə qarşılaşsan, Mən səni yer dolusu bağışlanmayla qarşılayaram".
Həsən Ət-Tirmizi rəvayət etdi.
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) qiyamət haqqında soruşdu və dedi: Qiyamət nə vaxt olacaq? O, dedi: “Onun üçün nə hazırlamısan?” O, dedi: “Heç bir şey, lakin mən Allahı və Onun Rəsulunu (Allahın salavatı və salamı onun üzərinə olsun) sevirəm. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Sən sevdiyin kəslə birlikdəsən”. Ənəs dedi: Biz, Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) “Sən sevdiyin kəslə birlikdəsən” sözünə sevindiyimiz qədər heç bir şeyə sevinməmişdik. (Bunun ardınca) Ənəs dedi: Mən Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun), Əbu Bəkri və Öməri sevirəm, onların əməlləri kimi əməl etməsəm də, onlara olan sevgimdən dolayı onlarla birlikdə olacağıma ümid edirəm.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) tez-tez deyərdi: “Ey qəlbləri çevirən, mənim qəlbimi öz dinində sabit et". Mən dedim: "Ey Allahın Rəsulu, biz sənə və sənin gətirdiyinə iman gətirdik. Sən bizim üçün qorxursan?". O dedi: “Bəli, qəlblər Allahın barmaqlarından iki barmağı arasındadır, onları istədiyi kimi çevirər".
Səhih Ət-Tirmizi və Əhməd rəvayət ediblər.