Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 40

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Əməllər niyyətə görədir, həqiqətən insan niyyəti üzərindədir, kimin hicrəti Allah və rəsulu üçün olarsa, onun hicrəti Allah və rəsulu üçündür, kimin hicrəti əldə edəcəyi dünya və evlənəcəyi qadın olarsa, hicrəti də niyyətinə uyğun olar". Buxarinin ləfzində: "Əməllər niyyətlərə görədir, hər kəsə niyyətinə görə verilir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Günahını aşkarda edənlərdən başqa bütün ümmətim bağışlanacaq. Bir kişinin gecə pis iş görüb, sonra Allah o əməlini örtdüyü halda səhər qalxıb: Ey filankəs! - mən axşam belə bir iş etmişəm - deməsi, günahı aşkara çıxarmaqdan sayılır. Rəbbi gecə günahını örtdüyü halda, o, isə səhər Allahın örtdüyünü aşkar edir”. ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Həqiqətən, Allah Əzzə və Cəllə günəş batdığı yerdən çıxana qədər gecə əlini uzadır ki, gündüzün günahkarı tövbə etsin, gündüz də əlini uzadır ki, gecənin günahkarı tövbə etsin".
Səhih Muslim rəvayət etdi.
Biz Allah Rəsulu ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik ki, o yerə düşən bir şeyin səsini eşitdi və dedi: “Bilirsinizmi, bu nədir?” Biz dedik: “Allah və Rəsulu daha yaxşı bilir” Dedi: “Bu, yetmiş payız (il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və dibinə indi çatdı”.
Səhih Muslim rəvayət etdi.
"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir, onların arasında əksər insanların bilmədiyi şübhəli məsələlər var. Kim şübhələrdən çəkinərsə, dinini və şərəfini qorumuş olar. Lakin kim şübhələrə uyarsa, harama düşmüş olar. (Onun misalı) Qoruğun ətrafında sürüsünü otaran çobanın misalı kimidir, onun sürüsü sanki qadağan edilən qoruğa daxil olmaq istəyir. Bilin ki, hər hökmdarın öz qoruğu vardır. Allahın qoruğu da, onun haramlarıdır. Agah olun ki, bədəndə bir ət parçası vardır ki, o sağlam olarsa bütün bədən sağlam olar, o pozularsa, bədənin bütün əzaları pozular. Bilin ki, bu qəlbdir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Kim Allahdan başqa ibadətə layiq məbud olmadığına, Onun şəriki olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna, İsanın Allahın qulu və rəsulu olduğuna, Məryəmə sadəcə bir söz deməklə "ol" həqiqətinə və İsanın Onun yaratdığı ruhdan əmələ gəlməsinə, cənnətin haqq, cəhənnəmin haqq olduğuna şahidlik edərsə, etdiyi əməllərindən asılı olmayaraq Allah onu cənnətə daxil edər.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Qiyamət günü bir insan gətirilib oda atılacaq, bağırsaqları qarnından çıxacaq və o, eşşəyin dəyirman daşının ətrafında fırlandığı kimi onların ətrafında fırlanacaq və cəhənnəm əhli onun ətrafında toplanaraq deyəcəklər: Ey filankəs, sənə nə oldu? Sən xeyiri əmr edib, pislikdən çəkindirmirdinmi? O, deyəcək: Bəli, mən yaxşı işlər görməyi əmr edirdim, amma onu özüm etmirdim, pis əməllərdən çəkindirirdim, lakin özüm onu edirdim".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)