Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 82

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (46)
"Seyyidul-istiğfar (istiğfarın seyyidi) "Allahummə əntə Rabbi ləə iləhə illə əntə, xaləqtəni və ənə abdukə və ənə alə əhdikə və vədikə məstətatu, əuzu bikə min şərri mə sanətu, əbuu ləkə binimətikə aləyyə və əbuu ləkə bizənbi, fəğfir li, fəinnəhu lə yəğfiruz-zunubə illə əntə" (Allahım, Sən mənim Rəbbimsən, Səndən başqa haqq məbud yoxdur, məni Sən yaratdın, mən də Sənin qulunam, bacardığım qədər Sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərrindən sənə sığınıram. Sənin üzərimə olan nemətini və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki Səndən başqa heç kim günahları bağışlamaz”) - söyləməyindir. Kim bunu əminliklə gündüz desə və o gün axşamdan əvvəl ölsə, Cənnət əhlindən olar, kim bunu gecə əminliklə desə və səhərə çıxmamış ölsə o, Cənnət əhlindən olar".
Səhih Əl-Buxari rəvayət etdi.
"Ölüm, ağ-qara qoç şəklində gətiriləcək və mələk səslənəcək: "Ey Cənnət əhli!" və onlar başlarını qaldırıraq baxacaqlar, mələk deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra mələk səslənəcək: - "Ey cəhənnəm əhli" - və onlar başlarını qaldırıb baxacaqlar, sonra isə mələk onlara deyəcək: "Bunu tanıyırsınızmı?". Onlar - Bəli, bu ölümdür - deyəcəklər, hamı onu artıq dadmışdır. Sonra bu qoç kəsiləcək və mələk deyəcək: "Ey cənnət əhli, artıq ölüm yox, əbədilik var. Ey cəhənnəm əhli, artıq ölüm yox, əbədilik var". Ardınca Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Sən onları işin bitmiş olacağı peşmançılıq günü ilə qorxut! İndi onlar hələ qəflətdədirlər" [Məryəm 19 surəsi, ayə 39] - dünyada olanlar hələ qəflətdədirlər: "və onlar iman gətirmirlər" [Məryəm 19 surəsi, ayə 39].
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Hər kim səmimi qəlblə Allahdan şəhidlik istəsə, yatağında ölsə belə, Allah onu şəhidlərin məqamına çatdırar.”
Səhih Muslim rəvayət etdi.
"Sizdən biri məscidə daxil olduqda: Allahummə-ftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən di­ləyirəm] desin".
Səhih Muslim rəvayət etdi.
"Həlak edən yeddi günahdan çəkinin!” “(Səhabələr:) “Nədir onlar, ey Allahın Rəsulu?” deyə soruşdular. Peyğəmbər - salləllahu aleyhi va səlləm - buyurdu: “Allaha şərik qoşmaq, sehir etmək, Allahın haram buyurduğu canı haqsız yerə öldürmək, sələm yemək, yetimin malını yemək, döyüş meydanından qaçmaq və (zinadan) xəbəri olmayan namuslu və ismətli mömin qadınları zinada ittiham etmək".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
(Öz-özünə) yoluxucu xəstəlik yoxdur, uğursuzluq əlaməti yoxdur, bayquş və səfər ayında uğurszuluq yoxdur. Cüzama yoluxmuş xəstədən aslandan qaçdığın kimi qaç.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Yaxşı və pis dostun misalı, müşk (ətir) satanla körük vuranın misalına bənzəyir. Ətir satan ya sənə ətir bağışlayar, ya ondan ətir alarsan, ya da ondan xoş bir qoxu duyarsan. Körük vuran isə ya sənin paltarını yandırar, ya da sən ondan pis qoxu duyarsan”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh zikri tərəzini doldurur. Subhənallah və Əlhəmdulilləh sözləri isə göylə yer arasını doldurur. Namaz nurdur. Sədəqə burhandır (dəlildir). Səbr işıqdır (parıltıdır). Quran isə sənin ya lehinə ya da əleyhinə hüccətdir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
Səhih Muslim rəvayət etdi.