Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 82

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (46)
"Allah - Təbarakə va Təalə - buyurmuşdur: "Mən, şərik olmağa möhtac deyiləm. Kim bir əməl edərsə və etdiyi əməldə bir başqasını Mənə şərik qoşarsa, Mən onu və şərik qoşduğunu tərk edərəm".
Səhih Muslim rəvayət etdi.
"Təmizlik imanın yarısıdır. Əlhəmdulilləh tərəzini doldurur. Subhənallah və əlhəmdulilləh sözləri isə yerlər və göylərin arasını doldurur. Namaz nurdur, sədəqə burhandır (dəlildir), səbr isə işıqdır. Quran ya sənin leyhinə ya da əleyhinə dəlildir. Hər kəs sabahlayaraq öz nəfsini satar, kimisi (Allaha itaət etməklə Cəhənnəm əzabından) onu azad edər, kimisi isə (şeytana tabe olmaqla) onu həlak edər".
Səhih Muslim rəvayət etdi.
"Həqiqətən Allah sizin zahirinizə, var-dövlətinizə yox, qəlblərinizə və əməllərinizə baxar".
Səhih Muslim rəvayət etdi.
"Cənnət sizə ayaqqabınızın bağından daha yaxındır. Cəhənnəm də həmçinin".
Səhih Əl-Buxari rəvayət etdi.
"Sizlərdən biriniz, mən ona valideynindən, övladından və bütün insanlardan sevimli olmayınca iman gətirmiş olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim mənə iki çənəsi arasındakını (dilini) və iki ayağı arasındakını (övrət yerini haramdan qorumağa) zəmanət verərsə, mən də ona Cənnəti zəmanət verərəm".
Səhih Əl-Buxari rəvayət etdi.
"Əgər bir kəs günah edər, sonra dəstəmaz alaraq namaz qılar, sonra Allahdan bağışlanma diləyərsə, Allah onu bağışlayar". Ardınca bu ayəni oxudu: "O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm et­dik­də Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər" [Ali İmran 3 surəsi, ayə 135].
Səhih Əbu Davud,Ət-Tirmizi, Ən-Nəsai Əl-Kubrada, İbnu-Məcə və Əhməd rəvayət etdi.
Fatimə (Allah ondan razı olsun) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldi və dəyirman daşından əlinə düşmüş izdən şikayətləndi və Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına bir qulun gəldiyi xəbəri ona çatmışdı. Lakin Fatimə Peyğəmbəri (Allahın salavatı və salamı onun üzərinə olsun) tapmadı və bunu Aişəyə söylədi. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) gəldikdə Aişə bunu ona xəbər verdi. (Əli) dedi: Biz çarpayımıza uzanmışdıq ki, o, yanımıza gəldi, biz ayağa qalxmaq istədikdə, O, “Yerinizdə oturun” dedi və gəlib aramızda əyləşdi, hətta mən onun ayaqlarının soyuqluğunu qarnımda hiss etdim. O, dedi: Sizi istədiyinizdən daha xeyirli bir şeyə yönəldimmi? Yatağınıza uzandıqda otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdu lilləh", otuz dörd dəfə "Allahu Əkbər" söyləyin və bu sizin üçün xidmətçidən daha xeyirlidir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)