Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 82

Filtrləri təmizlə

Ravi

Bütün raviləri göstər (46)
"Ard-arda söylənən bəzi kəlimələr vardır ki, onları fərz namazlarından sonra deyən- və ya edən - ziyana uğramaz. Bu, otuz üç dəfə subhənallah, otuz üç dəfə əlhəmdulilləh və otuz dörd dəfə Allahu Əkbər deməkdir".
Səhih Muslim rəvayət etdi.
Biz Allah Rəsulu ilə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idik ki, o yerə düşən bir şeyin səsini eşitdi və dedi: “Bilirsinizmi, bu nədir?” Biz dedik: “Allah və Rəsulu daha yaxşı bilir” Dedi: “Bu, yetmiş payız (il) əvvəl cəhənnəmə atılmış bir daşdır və o, bu vaxta qədər düşürdü və dibinə indi çatdı”.
Səhih Muslim rəvayət etdi.
“Dünyada zahid ol, Allah səni sevsin, insanların əlindəkinə də göz dikmə, insanlar səni sevsin”.
Nəvavi: “Hədis həsəndir” – demişdir. Hədisi İbn Maca və başqaları "Həsən" sənədlərlə rəvayət etmişdir.
"Sizə günahların ən böyüyü barədə xəbər verimmi?" – deyə bunu üç dəfə soruşdu. Səhabələr: “Bəli, ey Allahın Rəsulu!” – deyə cavab verdilər. Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun): "Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq" – dedi. (Bunu deyərkən) o söykənmişdi sonra qalxıb oturdu və: "Yalan söz danışmaq" – deyə əlavə etdi. O bunu durmadan o qədər təkrar etdi ki, biz (bir-birimizə): "Kaşki, susaydı!" – dedik”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Dünyada bir qərib və ya bir müsafir kimi ol!". İbn Ömər (bu hədisi danışandan sonra) deyərdi: Axşama çıxdığın zaman səhəri, səhərə çıxdığın zaman da axşamı gözləmə! Xəstəliyin üçün sağlamlığında, ölümün üçün həyatında hazırlıq gör.
Səhih Əl-Buxari rəvayət etdi.
"Mömin kişi və mömin qadının, günahlardan tam təmizlənmiş halda Allahla qarşılaşana qədər özündə, övladlarında və malında bəla baş verməyə davam edər".
Həsən Ət-Tirmizi və Əhməd rəvayət ediblər.
"Ən böyük günahlar: Allaha şərik qoşmaq, valideyinlərin üzünə ağ olmaq, adam öldürmək və yalandan (Allaha) and içməkdir".
Səhih Əl-Buxari rəvayət etdi.
"Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir, onların arasında əksər insanların bilmədiyi şübhəli məsələlər var. Kim şübhələrdən çəkinərsə, dinini və şərəfini qorumuş olar. Lakin kim şübhələrə uyarsa, harama düşmüş olar. (Onun misalı) Qoruğun ətrafında sürüsünü otaran çobanın misalı kimidir, onun sürüsü sanki qadağan edilən qoruğa daxil olmaq istəyir. Bilin ki, hər hökmdarın öz qoruğu vardır. Allahın qoruğu da, onun haramlarıdır. Agah olun ki, bədəndə bir ət parçası vardır ki, o sağlam olarsa bütün bədən sağlam olar, o pozularsa, bədənin bütün əzaları pozular. Bilin ki, bu qəlbdir".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.