Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 74

Filtrləri təmizlə
"Alimlərin qarşısında lovğalanmaq, səfehlərlə mübahisə etmək, məclislərdə seçilmək üçün elm öyrənməyin. Kim belə edərsə, o oddadır, oddadır".
Səhih İbnu Məcə rəvayət etdi.
"Qulun Allaha ən yaxın olduğu an, səcdədə olduğu məqamdır. Səcdədə olarkən duanı çoxaldın".
Səhih Muslim rəvayət etdi.
"Şübhəsiz ki, halal olan şeylər bəllidir, haram olan şeylər bəllidir, onların arasında əksər insanların bilmədiyi şübhəli məsələlər var. Kim şübhələrdən çəkinərsə, dinini və şərəfini qorumuş olar. Lakin kim şübhələrə uyarsa, harama düşmüş olar. (Onun misalı) Qoruğun ətrafında sürüsünü otaran çobanın misalı kimidir, onun sürüsü sanki qadağan edilən qoruğa daxil olmaq istəyir. Bilin ki, hər hökmdarın öz qoruğu vardır. Allahın qoruğu da, onun haramlarıdır. Agah olun ki, bədəndə bir ət parçası vardır ki, o sağlam olarsa bütün bədən sağlam olar, o pozularsa, bədənin bütün əzaları pozular. Bilin ki, bu qəlbdir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Dedim: “Ey Allahın Rəsulu, mənə İslamda elə bir şey söylə ki, onu səndən başqa heç kimdən soruşmayım. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) buyurdu: De ki: "Allaha iman gətirdim, ardınca da doğru yolu tut".
Səhih Muslim və Əhməd rəvayət etdi.
"Şübhəsiz ki, Allahın sərvətini haqsız yerə istifadə edənlərə Qiyamət günü cəhənnəm əzabı var".
Səhih Əl-Buxari rəvayət etdi.
"Əməllər niyyətlərə görədir. Hər kəsə yalnız niyyət etdiyi şey vardır. Kimin hicrəti Allah və Onun Rəsulu üçün olarsa, onun hicrəti, Allah və Onun Rəsulu üçün olar. Kimin də hicrəti, əldə edəcəyi dünya malına və ya evlənəcəyi qadına görə olarsa, onun hicrəti hicrət etdiyi şey üçün olar".
Səhih Hədisi mühəddislərin iki imamı Əbu Abdullah Muhamməd bin İsmayıl bin İbrahim bin əl-Muğirə bin Bərdizbə Buxari və Əbul-Hüseyn Müslim bin əl-Həccac bin Müslim əl-Quşeyri ən-Nişaburi yazılmış kitabların ən səhihi olan öz "Səhih" kitablarında rəvayət ediblər.
Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) ən çox etdiyi duası bu idi: "Allahummə Rabbənə ətinə fiddunyə həsənətən və fil-əxirati həsənətən və qinə əzəbən-nər" (Ey Rəbbimiz olan Allahım, bizə dünyada da, axirətdə də gözəl nemətlər ver və bizi od əzabından (Cəhənnəmdən) qoru).
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulundan (Allahın salavatı və salamı onun üzərinə olsun) (əcnəbi qadına) qəflətən(qeyri-qəsdli) olan baxış haqqında soruşdum və mənə baxışımı kənara çəkməyi əmr etdi.
Səhih Muslim rəvayət etdi.