Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 74

Filtrləri təmizlə
"Yaxşılıq: gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini istəmədiyin şeydir".
Səhih Birinci hədisi Müslim rəvayət etmişdir, ikinci hədisi isə Əhməd və Darimi rəvayət etmişdir.
"Dörd xislət vardır ki, bunlar kimdə olarsa o, xalis münafiq sayılar. Hər kimdə bunlardan biri olarsa, onu tərk edənə qədər özündə nifaqdan bir xislət qalmış olar. Bu xislətlər bunlardır: Danışdığı zaman yalan danışar. Vəd verdikdə vədinə xilaf çıxar. Mübahisə etdikdə haqsızlıq edər. Əhd bağladıqda əhdini pozar".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
"Şeytan, sizdən birinizə gələrək "bunu kim yaratdı, onu kim yaratdı? suallarını verər və ən son olaraq "Sənin Rəbbini kim yaratdı?" sualını ortaya atar. Kim belə bir vəziyyətlə qarşılaşarsa, Allaha sığınsın və bu vəsvəsələrə son qoysun."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Dildə yüngül, tərəzidə ağır, Rəhmana sevimli gələn iki kəlimə vardır: Subhənallahil-Azim, Subhənallahi və bihəmdihi".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki qəbrin yanından keçərkən belə dedi: “Bu qəbirdəkilər əzab çəkirlər, əzabları isə böyük günahlarına görə deyil. Qəbirdəkilərdən birinə sidikdən qorunmadığına görə, digərinə isə insanlar arasında söz gəzdirdiyinə görə əzab verilir. Sonra yaş bir xurma budağı götürüb, iki yarıya böldü və hər qəbirə birini basdırdı. Soruşdular ki: “Ey Allahın Rəsulu, niyə belə etdin? Buyurdu ki: “Ümid edirəm ki, bu budaqlar yaş qaldıqca onların da əzabı yüngülləşər”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Rəbbin qula ən yaxın olan vaxtı gecənin sonudur, əgər sən o vaxt Allahı zikr edənlərdən ola bilirsənsə, ol".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Yağışlı və şiddətli zülmət bir gecədə Allah Rəsulunu(Allahın salavatı və salamı onun üzərinə olsun) bizə namaz qıldırması üçün axtarmağa çıxdıq və onu tapdıq. O, dedi: “De”. Mən isə heç bir şey demədim. Sonra yenə dedi: “De”. Mən yenə heç bir şey demədim. Sonra yenə "De" dedi. Mən də: "Nə deyim?". dedim. Buyurdu: "Səhərə və axşama çıxdığında üç dəfə «"Qul huvallahu əhəd" və "Fələq" və "Nəss" surələrini oxu, hər cür şərrə qarşı sənə kifayət edər".
Səhih Əbu Davud, Ət-Tirmizi,Ən-Nəsai rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) bu ayəni oxudu: "Kitabı sənə nazil edən Odur. O Kitabın bir qismi mənası aydın ayələrdir ki, bunlar da Kitabın anasıdır. Digərləri isə mənası aydın olmayan mütəşabih ayələrdir. Qəlblərində əyrilik olanlar fitnə-fəsad törətmək və istədikləri kimi yozmaq məqsədilə mənası aydın olmayanın ardınca düşərlər. Onun yozumunu isə Allahdan başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə deyərlər: “Biz onlara iman gətirdik, hamısı bizim Rəbbimizdəndir”. Bunu isə ancaq ağıl sahibləri dərk edərlər".[Əli İmran: 7]. (Aişə) dedi: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "Əgər mütəşabihlərdən yapışanları görsən, bil ki, onları Allah bu cür adlandırdı və onlardan uzaq durun.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)