Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 18

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Bir kişi Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ilə bir süfrə arxasında sol əli ilə yemək yeyirdi, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun): “Sağ əlinlə ye”- dedi. O isə "Bacarmıram" deyə cavab verdi. Dedi: "Heç bacarmayasan", bunu etməyə onun təkəbbürlüyü mane oldu. Buyurdu ki: Sağ əlini bir daha ağzına apara bilmədi.
Səhih Muslim rəvayət etdi.
Bir kişi Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) soruşdu: "İslamın hansı əməli daha xeyirlidir?". O, dedi: “Yemək yedirtməyin, tanıdığın və tanımadığın hərkəsə salam verməyin”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Həqiqətən Allah, yedikdən sonra həmd edən və içdikdən sonra həmd edən qulundan razıdır".
Səhih Muslim rəvayət etdi.
"Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) səfərlərdən birində idim, (o dəstəmaz alarkən) Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) (ayağını yuması üçün onun ayağındakı) xuflarını çıxartmaq üçün əllərimi uzatdım, bu zaman belə dedi: "Onları çıxarma, çünki mən təharətli (dəstəmazlı) olarkən onları geymişəm". Sonra onlara məsh çəkdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizdən biri yediyi zaman sağ əli ilə yesin, içdiyi zaman da sağ əli ilə içsin. Çünki şeytan, sol əli ilə yeyir və sol əli ilə içir".
Səhih Muslim rəvayət etdi.
"Müsəlmanın müsəlman üzərində beş haqqı vardır: Salamını almaq, xəstələndiyində ziyarət etmək, cənazəsini müşayiət etmək, dəvətinə icabət etmək və asqırdıqda: (əlhəmdu-li-Lləh) deyənə: (yərhəmukə-Llah) (yəni: Allah sənə rəhmət etsin) deməkdir".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Kişi kişinin övrətinə, qadın da qadının övrətinə baxmasın, kişi bir paltar altında başqa bir kişi ilə, qadın da bir paltar altında başqa bir qadınla qalmasın".
Səhih Muslim rəvayət etdi.