Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 47

Filtrləri təmizlə
"Asanlaşdırın, çətinləşdirməyin, sevindirin, hürküdüb qaçırtmayın".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allaha və axirət gününə iman gətirən, ya xeyir söyləsin, ya da sussun, Allaha və axirət gününə iman gətirən qonşusuna yaxşılıq etsin, kim Allaha və axirət gününə iman gətirirsə, qonağına qarşı səxavətli və əliaçıq olsun".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Bir kişi Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: Mənə nəsihət et. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona buyurdu:" Qəzəblənmə". Kişi istədiyini bir neçə dəfə təkrarladı, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) yenə: "Qəzəblənmə" - dedi.
Səhih Əl-Buxari rəvayət etdi.
Mən Allah Rəsulundan (sallallahu aleyhi və səlləm) yaxşılıq və günah barəsində soruşdum. Allahın Rəsulu (sallallahu aleyhi və səlləm) belə dedi: "Yaxşılıq - gözəl əxlaqdır. Günah isə qəlbini narahat edən və insanların bilməsini xoşlamadığın şeydir".
Səhih Muslim rəvayət etdi.
"Müsəlman o kəsdir ki, digər müsəlmanlar onun dilindən və əlindən əmin-amanlıqda olar, mühacir isə Allahın haram etdiklərini tərk edəndir”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İnsanlar arasında söz gəzdirən cənnətə daxil olmaz".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Zənn etməkdən çəkinin; çünki zənn, ən yalan ifadədir. Bir-birinizin gizli işlərini araşdırmayın, qüsurlarını axtarmayın, bir-birinizə paxıllıq etməyin, bir-birinizdən üz çevirməyin, bir-birinizə nifrət etməyin və ey Allahın qulları, qardaş olun!”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim mənim adımdan qəsdən yalan danışarsa, cəhənnəmdə öz yerini təmin edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)