Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 6

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Yanında əri və ya məhrəmi olmayan qadın iki günlük məsafəyə yola çıxmasın. İki gün: Fitr (Ramazan) və Qurban bayramı günləri oruc tutulmaz. Sübh namazından sonra günəş çıxana qədər və əsr namazından sonra günəş batana qədər namaz yoxdur. (İbadət üçün) üç məsciddən başqasına səfər edilməz: Məscidul-Həram, Məscidul-Əqsa və mənim bu məscidim".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Elçisi (Allahın salavatı və salamı onun üzərinə olsun) İbn Abbasın adını çəkdiyi, lakin adını unutduğum, ənsardan olan bir qadına dedi: “Sənə bizimlə həcc etməyə nə mane oldu?” O dedi: Bizim yalnız iki dəvəmiz var idi, ona görə oğlumun atası oğlum ilə bir dəvə üzərində həcc etdi və su daşımaq üçün bizə digərini qoyub getdi: O, dedi: "Ramazan gələndə ümrə et, çünki Ramazanda edilən ümrə Həccə bərabərdir."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim Allah üçün həcc edərsə, (həcc əsna­sın­da qadını ilə) yaxınlıq etməsə və söyüş söyüb pis sözlər danışmasa, həccdən anadan doğulduğu kimi (günahsız) qayıdar".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) əli ilə ağ-qara buynuzlu iki qoç qurban kəsdi və "Bismilləh, Allahu Əkbər!" dedi və ayağını onların boynuna qoydu.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)