Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"İslam beş təməl üzərində qurulub: Allahdan başqa ibadətə layiq haqq məbud olmadığına, Muhəmmədin Onun qulu və rəsulu olduğuna şəhadət etmək, namaz qılmaq, zəkat vermək, Allahın evini həcc etmək və Ramazan orucunu tutmaq".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaza başlayanda əllərini çiyinləri səviyyəsində qaldırardı, həmçinin rukuya getmək üçün təkbir gətirdikdə və başını rukudan qaldırdıqda da əllərini qaldırardı və "Səmia-Llahu limən həmidəh, Rabbənə və ləkəl-həmd" deyərdi, səcdə edərkən isə bunu etməzdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) on rükət öyrəndim: Zöhrdən öncə və sonra iki rükət, məğribdən sonra evində iki rükət, işa namazından sonra evində iki rükət və sübh namazından əvvəl iki rükət. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına daxil olmaq mümkün olmayan müəyyən bir vaxt var idi. Hafsa mənə dedi ki, müəzzin azan verdikdə, sübh vaxtı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki rükət namaz qılardı. Başqa rəvayətdə: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə namazından sonra iki rükət namaz qılardı".
Səhih Bütün rəvayətləri müttəfəqun aleyhidir.