عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
473 Hədislər
Peyğəmbər Hədisləri Ensiklopediyası
Kateqoriyalar
Kateqoriyalar (16)
Hədisin dərəcəsi
Rəvayət olunduğu mənbə
Ravi
Bütün raviləri göstər (39)
"Qəbirlər üzərində oturmayın və (orada) onların istiqamətində namaz qılmayın".
Səhih Muslim rəvayət etdi.
"Kim müəzzini eşitdikdə, "Əşhədu əllə iləhə illallah vəhdəhu lə şərikə ləhu və ənnə Muhəmmədən əbduhu və rasuluhu, radiytu bi-Lləhi Rabbən və bi-Muhəmmədin rasulən, və bil-İsləmi dinən" (şəhadət verirəm ki, Allahdan başqa haqq məbud yoxdur. O, təkdir və şəriki yoxdur, Muhəmməd Onun qulu və elçisidir. Mən Rəbb olaraq Allahdan, rəsul olaraq Muhəmməddən, din olaraq İslamdan razıyam) deyərsə, onun günahları bağışlanar".
Səhih Muslim rəvayət etdi.
" Azanı eşitdikdə müəzzinin dediklərini təkrar edin".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim hər namazdan sonra otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdulilləh", otuz üç dəfə "Allahu Əkbər" deyərsə və bunlar doxsan doqquz edir və yüzüncü dəfədə: "ləə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" söyləyərsə, xətaları dəniz köpüyü qədər də olsa, bağışlanar".
Səhih Muslim rəvayət etdi.
"Peyğəmbərdən (Allahın salavatı və salamı onun üzərinə olsun) on rükət öyrəndim: Zöhrdən öncə və sonra iki rükət, məğribdən sonra evində iki rükət, işa namazından sonra evində iki rükət və sübh namazından əvvəl iki rükət. Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına daxil olmaq mümkün olmayan müəyyən bir vaxt var idi. Hafsa mənə dedi ki, müəzzin azan verdikdə, sübh vaxtı Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) iki rükət namaz qılardı.
Başqa rəvayətdə: Peyğəmbər (Allahın salavatı və salamı onun üzərinə olsun) cümə namazından sonra iki rükət namaz qılardı".
Səhih Bütün rəvayətləri müttəfəqun aleyhidir.
«Ey Bilal! Namaz üçüm iqamə ver. Bizi namazla rahatlat».
Səhih Əbu Davud rəvayət etdi.
"Sizdən biri məscidə daxil olduqda: Allahummə-ftəh li əbvabə rahmətik [Allahım, Öz mərhəmət qapılarını mənim üçün aç!], məsciddən çıxdığı zaman isə: Allahummə inni əsəlukə min fədlik [Allahım, Sənin lütfündən diləyirəm] desin".
Səhih Muslim rəvayət etdi.
"Kim bir namazı unudarsa onu xatırladığı zaman qılsın. Onun kəffarəsi ancaq budur". "Məni xatırlamaq üçün namaz qıl!" [Ta-Ha 20 surəsi, ayə 14].
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)