Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 13

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Kişinin camaatla qıldığı namaz, evində və ya bazarda qıldığı namazdan iyirmi və bir neçə qat daha üstün olur. Bu ona görədir ki, bir kəs gözəl bir şəkildə dəstəmaz alaraq məscidə gedərsə və onu məscidə aparan yalnız namaz olarsa, namazdan başqa bir şeyi istəməzsə, məscidə girənə qədər atdığı hər adıma görə bir dərəcə yüksələr və atdığı hər adımla bir günahı silinər. Məscidə daxil olub namazı gözlədiyi müddətdə isə namazda sayılır. O, namaz qıldığı yerdə olduğu və heç kəsə əziyyət vermədiyi və dəstəmazını pozmadığı müddətdə, mələklər onun üçün dua edib deyərlər: "Allahım ona rəhm et, Allahım onu bağışla, Allahım onun tövbəsini qəbul et!"
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) namaz əsnasında təkbir gətirdikdə, Quran oxumazdan əvvəl qısa bir müddət susardı. Ona görə dedim: Ey Allahın Elçisi-anam və atam sənə fəda olsun-təkbir və qiraət arasında sakit durduqda nə söyləyirsən? O, dedi: "Allahummə bəid bəyni və bəynə xatayəyə kəmə bəədtə bəynəl-məşriqi vəl-məğribi, Allahummə nəqqini min xatayəyə, kəmə yunəqqas-səvbul-əbyadu minəd-dənəsi, Allahumməğsilni min xatayəyə bilməi, vəs-səlci, vəl-bərdi" - deyirəm. (Allahım, şərqlə qərbin arasını uzaqlaşdırdığın kimi məni də günahlarımdan uzaq et. Allahım, ağ paltar çirkdən təmizləndiyi kimi, məni də günahlarımdan təmizlə. Allahım, mənim günahlarımı su, qar və dolu ilə yu).
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizdən kimsə qorxmurmu ki, başını imamdan öncə qaldırmaqla Allah onun başını uzunqulaq başı edər, yada ki, Allah onun xarici görkəmini uzunqulaq görkəmində edər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
o, Fərz və digər bütün namazlarda, Ramazan ayında və ramazandan başqa aylarda hər namazda təkbir gətirirdi. Namaza qalxdıqda təkbir gətirərdi, rüku edərkən də təkbir gətirərdi. Sonra: "Səmi Allahu limən həmidəh" deyib rükudan qalxdıqdan sonra səcdə etməzdən əvvəl: "Rabbənə və ləkə-l-həmd" deyərdi. Sonra səcdə etmək üçün əyildiyində təkbir edir, səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi sonra təkrar səcdə etmək üçün təkbir gətirir sonra səcdədən başını qaldırınca yenə də təkbir gətirirdi. İkinci rükəti qılıb qurtardıqdan sonra üçüncü rükətə qalxarkən yenə təkbir gətirirdi. Sonra da bunu namazın hər rükətində namazı biti­rənə qədər edirdi. Namazı bitirib insanlara tərəf dönüb: Nəfsim əlində olana and olsun ki, aranızda namazıAllah Rəsulunun (Allahın salavatı və salamı onun üzərinə olsun) namazına ən çox oxşayan mənim namazımdır. Bu onun dünyadan ayrılana qədər qıldığı namaz idi" deyirdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Allahım! Qəbrimi ibadət edilən bir büt (ibadət və sitayiş yeri) etmə!. Peyğəmbərlərinin qəbirlərini məscidlər (ibadətgah) edən qövmə Allah lənət emişdir".
Səhih Əhməd rəvayət etdi.
Bir kor kişi Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəlib: "Ey Allahın Rəsulu, məni məscidə aparacaq bir kimsəm yoxdur" - deyərək, Allah Rəsulundan ona öz evində namaz qılmağı icazə verməsini istədi. İlkin olaraq ona icazə verdi, lakin adam çıxıb getmək istəyəndə onu çağırıb dedi: “Azanı eşidirsənmi?". O: “Bəli!” - dedi. Bu zaman Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: "O zaman cavab ver (camaat namazına gəl)".
Səhih Muslim rəvayət etdi.
"Kim hər namazdan sonra otuz üç dəfə "subhənallah", otuz üç dəfə "əlhəmdulilləh", otuz üç dəfə "Allahu Əkbər" deyərsə və bunlar doxsan doqquz edir və yüzüncü dəfədə: "ləə iləhə illallah vəhdəhu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir" söyləyərsə, xətaları dəniz köpüyü qədər də olsa, bağışlanar".
Səhih Muslim rəvayət etdi.
"Kim cümə günü cənabət qüslu alar, sonra cüməyə gedərsə, sanki (Allah yolunda) dəvə kəsmiş kimi olar, kim ikinci saatda gedərsə, inək kəsmiş kimi olar. Kim üçüncü saatda gedərsə, sanki buynuzlu qoç kəsmiş kimi olar. Kim dördüncü saatda gedərsə, sanki bir toyuq kəsmiş kimi olar və hər kim beşinci saatda gedərsə, sanki yumurta sədəqə etmiş kimi olar. İmam xütbə verməyə çıxdıqda isə mələklər zikri dinləmək üçün gələrlər”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)