Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 28

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) məni bir iş üçün göndərdi. Mən də cünub oldum,lakin su tapa bilmədim, buna görə də heyvanın torpaqda yuvarlandığı kimi yuvarlandım. Sonra Peyğəmbərin (Allahın salavatı və salamı onun üzərinə olsun) yanına gəldim və bunu ona xəbər verdim. O, dedi: "Əllərinlə belə etməyin sənə kifayət idi". Sonra əlləri ilə bir dəfə yerə vurdu.Sonra sol əlini sağ əlinə sürtdü, əllərinin üzərinə və üzünə məsh çəkdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Mən davamlı olaraq heyz oluram, (həmin müddətdə) namazı tərk edimmi?". Cavab verdi: "Xeyr, bu qanaxmadır, sadəcə sənin bildiyin heyz günlərinin müddətində namazı tərk et, (bu müddətdən) sonra isə qüsl al və namaz qıl".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Mən Peyğəmbərlə (Allahın salavatı və salamı onun üzərinə olsun) birlikdə idim və o, bir zibilxananın yanına gəldi və ayaq üstə su başına çıxdı (idrar etdi) və mən kənara çəkildim. O, dedi: "Yaxınlaş". Mən onun dabanın arxasında dayanana qədər ona yaxınlaşdım və o, dəstəmaz alıb xuflarına (dəridən corabların üzərinə) məsh çəkdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Bir müsəlman gözəl şəkildə dəstəmaz alar, sonra qalxıb iki rükət namaz qılar və bu iki rükətə qəlbi və üzü ilə yönələrsə, ona Cənnət vacib olar" Dedi: Mən də dedim: Bu necə də gözəldir! Elə bu vaxt qarşımda bir kəs dedi: “Bundan öncəki daha gözəl idi" Gördüm ki, Ömərdir və O, dedi: “Sənin bir az əvvəl gəldiyini gördüm. Sonra əlavə etdi: “Sizdən kim dəstəmaz alar və dəstəmazını kamil şəkildə yerinə yetirər, sonra: "Əşhədu əllə iləhə illallah və ənnə Muhəmmədən əbdullahi va rasuluhu" deyərsə, onun üçün Cənnətin səkkiz qapısı açılar və o, istədiyi qapıdan daxil olar”.
Səhih Muslim rəvayət etdi.