Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 8

Filtrləri təmizlə

Hədisin dərəcəsi

"Yanında əri və ya məhrəmi olmayan qadın iki günlük məsafəyə yola çıxmasın. İki gün: Fitr (Ramazan) və Qurban bayramı günləri oruc tutulmaz. Sübh namazından sonra günəş çıxana qədər və əsr namazından sonra günəş batana qədər namaz yoxdur. (İbadət üçün) üç məsciddən başqasına səfər edilməz: Məscidul-Həram, Məscidul-Əqsa və mənim bu məscidim".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) saçın bir hissəsinin kəsib, digər hissəsini saxlamağı qadağan etdi.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim evlənə bilirsə, evlənsin. Çünki evlənmək, gözü naməhrəmlərə baxmaqdan, ayıb yerlərini isə zinadan qoruyur. Kim evlənə bilmirsə, oruc tutsun. Həqiqətən oruc şəhvəti qırır".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Sizin hər biriniz başçısınız və hamınız öz əlinizin altında olanlara cavabdehsiniz. İnsanların üzərində olan əmir başçıdır və onlardan sorumludur, kişi isə ailəsi üzərində başçıdır və onlara cavabdehdir. Qadın ərinin evi və uşaqları üzərində başçıdır və onlara cavabdehdir və nökər ağasının malında başçıdır və o, buna cavabdehdir. Həqiqətən, sizin hər biriniz başçısınız və hər biriniz əlinizin altında olanlara cavabdehsiniz."
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
“Süd əmizdirmə, doğuşun haram etdiyi şeyləri haram edir”.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Dünya şirin və valehedicidir. Həqiqətən, Allah sizi dünyaya varis təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan qorxun! Qadınlardan qorxun!. Həqiqətən İsrail oğullarının ilk dəfə azmaları (fitnəyə düşmələri) qadınlar səbəbindən olmuşdur”.
Səhih Muslim rəvayət etdi.
"Dünya keçici bir ləzzətdir. Dünya ləzzətinin ən xeyirlisi saleh qadındır".
Səhih Muslim rəvayət etdi.
“Mömin kişi mömin qadına nifrət etməsin, əgər onun bir xüsusiyyətini bəyənməsə, digərini bəyənər.” Və ya: “ başqa xüsusiyyətini” demişdir.
Səhih Muslim rəvayət etdi.