Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 14

Filtrləri təmizlə
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər gecə çarpayısına uzandıqda, ovuclarını birləşdirərək onlara üfləyər və onlara İxlas, Fələq, Nəs sürələrini oxuyar, sonra isə əllərini bədənin bacardığı qədər hər yerinə sürtərdi. Başından, üzündən, bədənin ön hissəsindən başlayardı. Bunu üç dəfə edərdi.
Səhih Əl-Buxari rəvayət etdi.
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) hər zaman Allahı zikr edərdi.
Səhih Muslim rəvayət etdi.
Əbu Talibə ölüm gəldikdə, Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) onun yanına gəldi və orada Əbu Cəhli və Abdullah bin Əbu Umeyyə bin Əl-Muğiranı gördü və dedi:Ey əmim, ləə iləhə illallah de ki, o kəliməylə mən Allah qatında sənin üçün şahidlik edim." Əbu Cəhl və Abdullah bin Əbu Umeyyə dedi: Sən AbdulMuttalibin dinindən üz döndərirsən? Allahın Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) ona şəhadət kəliməsini ərz etməyə davam edirdi, həmçinin onlar da öz dediklərini təkrarlayırdılar ki, Əbu Talib son söz olaraq Abdul Mutəllibin dini üzərində olduğunu dedi və "ləə iləhə illallah" deməkdən isə imtina etdi. Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) dedi: “Allaha and olsun ki, mənə qadağan edilmədikcə sənin üçün bağışlanma diləyəcəm". Buna görə də Uca Allah bu ayəni nazil etdi: “Müşriklərin Cəhənnəm sakinləri olduqları onlara bəlli olduqdan sonra, qohum olsalar belə, Peyğəmbərə və möminlərə onlar üçün bağışlanma diləmək yaraşmaz.” [ət-Tövbə: 113] . Uca Allah Əbu Talib haqqında ayə nazil etdi və Allah Rəsuluna (Allahın salavatı və salamı onun üzərinə olsun) belə buyurdu: {Sən sevdiyini doğru yola yönəldə bilməzsən, lakin Allah istədiyini doğru yola yönəldər} (əl-Qasas, 56). ​
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
"Kim gecə Bəqərə surəsinin son iki ayəsini oxuyarsa, ona yetər".
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)
Allah Rəsulu (Allahın salavatı və salamı onun üzərinə olsun) Məkkənin fəthi günü insanlara xitabən belə buyurmuşdur: «Ey insanlar! Allah sizdən cahiliyətin təkəbbürünü və ata-babalarınızla gürurlanmağı aradan qaldırmışdır. İnsanlar iki qisimdir. Birisi: İtaətkar, müttəqi və Allah qatında dəyərlidir. Digəri də facir, bədbəxt və Allah qatında rəzil bir kimsədir. İnsanlar Adəmin övladlarıdır. Allah Adəmi torpaqdan yaratmışdır. Uca Allah belə buyurmuşdur: {Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız (Ondan) ən çox qorxanınızdır. Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır". [Hücurat 49 surəsi, ayə 13]».
Səhih Ət-Tirmizi, İbnu Hibbən rəvayət etdi.
"Yəhudilər qəzəbə düçar olmuş, xristianlar isə zəlalətə düşmüşlər".
Səhih Ət-Tirmizi rəvayət etdi.