Skip to content
473 Hədislər

Peyğəmbər Hədisləri Ensiklopediyası

Nəticələri filtrlə

473 kartdan 3

Filtrləri təmizlə

Hədisin dərəcəsi

Rəvayət olunduğu mənbə

"Uca Allah belə buyurmuşdur: Namazı qulumla Özüm aramda iki yerə böldüm, qulum üçün istədiyi vardır. Qul: (Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusdur) deyincə, Uca Allah: (Qulum Məni həmd etdi) deyə buyurar. Qul: (Mərhəmətli və Rəhmli olana) deyincə, Allah: (Qulum Məni öydü) deyər. Qul: (Din gününün Sahibinə) deyincə, (Qulum Məni ucaltdı) yaxud da: (Qulum işini Mənə həvalə etdi) deyər. Qul: (Biz yalnız Sənə ibadət edir və yalnız Səndən kömək diləyirik) deyincə, (Bu, qulumla Mənim aramda ortaq olan qisimdir və quluma istədiyi olacaqdır) diyə buyurar. Qul: (Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kimsələrin yoluna, qəzəbə uğramışların və azmışların (yoluna) yox!) deyincə, Allah: (Bu, quluma aiddir, quluma istədiyi veriləcəkdir) diyə buyurar".
Səhih Muslim rəvayət etdi.
"Evlərinizi qəbirstanlığa çevirməyin. Həqiqətən şeytan Bəqərə surəsi oxunan evdən qaçır".
Səhih Muslim rəvayət etdi.
Günəş batdığı yerdən çıxmayınca Qiyamət qopmaz. İnsanlar günəşin məğribdən çıxdığını gördükdə hamısı Allaha iman gətirəcəklər, bu Allahın { Rəbbinin bəzi əlamətləri gələcəyi gün əvvəlcə iman gətirməmiş və ya imanında bir xeyir qazanmamış kimsəyə iman gətirməsi fayda verməyəcəkdir”.} (Əl-ənam, 158) deyə buyurduğu həmin zamandır. Mütləq ki, satıcı paltarı alıcıya təqdim etmək üçün önünə sərəcək, onlar alış-veriş etmədən və paltarı bükmədən Qiyamət qopacaq, mütləq ki, bir insan dəvəsinin südünü sağacaq, onu içmədən Qiyamət qopacaq, mütləq ki, bir insan hovuzunu suvağlayacaq, onu su ilə doldurmadan Qiyamət qopacaq, mütləq ki, sizlərdən biri yeməyini ağzına aparacaq, onu yemədən Qiyamət qopacaq.
Səhih Müttəfəqun aleyhi(əl-Buxari və Musliminsəhih gördüyü hədislər)